az | ru | en
Niyazinin Mənzil-Muzeyinin inciləri



Not əlyazmalar

Afişalar

Proqramlar


 Niyazinin not əlyazmaları

  1. Azərbaycan (talış) xalq mahnıları. ¹ 5 “Gül bağçalar”, ¹ 28 “Dünya pənc”. (1926)

  2. “Zarafat” fortepiano üçün pyes. (1929)

  3. “Skertso” fortepiano üçün pyes.(1929)

  4. Fortepiano üçün “Prelüd”. (1930)

  5. Fortepiano üçün “Rəqs”. (1931)

  6. Ləzgihəngi tempində xalq təranəsi. Xalq musiqisi. Sözləri Xanmirzəyevə (1932)

  7. Simfonik orkestri üçün əsər, partitura. (1932)

  8. “Andante” Simfonik orkestr üçün partitura. (1934)

  9. Simfonik orkestr üçün “Uvertüra”. (1934)

  10. Klarnet üçün solo partiya. (1934)

  11. Ü.Hacıbəyov. “Şur”, 2-ci fantaziya”sının Niyazi tərəfindən Simfonik Orkestr üçün instrumentovkası. (1934)

  12. Fortepiano üçün “Rəqs”. (1934)

  13. Fortepiano üçün “Rəqs”. (1934)

  14. Simfonik orkestr üçün əsərin I hissəsi. Partitura. (1934)

  15. Xalq çalğı alətləri orkestri üçün əsər. Partitura. (1935)

  16. “Polad” bədii, səsli, uşaq kinofilminə orkestr üçün musiqi. Partitura. (1935)

  17. A. Dobruşkes və Niyazi “Fortepiano üçün suita” Simfonik orkestr üçün partitura. (1935)

  18. Fortepiano üşün “Uşaq mahnıları” 1) Şikəstə, 2) Yaz çağı. (1935)

  19. Azərbaycan SSR Xalq artisti Cabbar Qaryağdı oğlunun ifasından yazılmış “Şur”, “Rast” muğamları. (1935)

  20. Cəfər Cabbarlının eyni adlı pyesi olan “1905-ci ildə” tamaşasına musiqi alətlərin orkestrovka partiyaları. (1935)

  21. “Almaz” kinofilminə musiqi. Andantino, Moderato, Alleqretto. Klavir. (1935)

  22. “Almaz” kinofilminə musiqi. Klavir. (1935)

  23. Ü.Hacıbəyli “Ləzgihəngi”. Niyazinin simfonik orkestr üçün instrumentovkası. Partitura. (1935)

  24. “Almaz” kinofilminə eskizlər. “Ülkər üçün”. (1935)

  25. “Ləzgi rəqsi”. Orkestr üçün. (Tar, kamança və Simfonik orkestr üçün). Partitura. (1936)

  26. “Almas” kinofilminə orkestr üçün (tütəklə) musiqi. Partitura. (1936)

  27. Tarla Simfonik orkestr üçün“Andantino” və “Fraqment”. Partitura. (1936)

  28. Orkestr üçün “Yallı” rəqsi. Partitura. (1936)

  29. Simli kvartet üçün “Mahnı”. Partitura. (1936)

  30. “Stalin haqqında mahnı” səs və fortepiano üçün. (1937)

  31. “El sayağı” (xalq musiqisi). Orkestr üçün. Partitura. Sözləri: Süleyman Rüstəm. (1938)

  32. Səs və fortepiano üçün mahnı. (1938)

  33. “Birinci namizəd” («Ïåðâûé êàíäèäàò») Xor və fortepiano üçün mahnı. Sözləri Natiqindir. (1938)

  34. Simfonik orkestr və səs üçün əsər. (Kanta). Partitura. (1939)

  35. Simfonik orkestr üçün final. Partitura. (1939)

  36. “Kəklik” orkestr üçün. Partitura. (1939)

  37. “Kəndlilər”, eyni adlı kinofilmə orkestr üçün musiqi. Partitura. (1939)

  38. “Rəhbərə” mahnısı. Sözləri Rəsul Rzanındır. (1939)

  39. Smfonik orkestr üçün “Rəqs ¹1”. Partitura. (1939)

  40. Simfonik orkestr üçün əsər. Partitura. (1939)

  41. “Musavat marşı”. “Kəndlilər” kinofilminə simfonik orkestr üçün yazılmış musiqi. Partitura. (1939)

  42. “Kənd”. simfonik orkestr üçün musiqi. (1939)

  43. “Döyüş”. “Kəndlilər” kinofilminə simfonik orkestr üçün musiqi. Partitura. (1939)

  44. “Rəcəb, xor və Lalə” orkestr üçün partitura. (1940)

  45. “Bakılıların xoru” nəfəsli orkestr üçün (Banda ilə) partitura. (1940)

  46. “Zirehli qatarın gəlişi” simfonik orkestr üçün partitura. (1940)

  47. “Mahnıdan sonra” orkestr üçün partitura. (1940)

  48. “Qəza” simfonik orkestr üçün partitura. (1940)

  49. “Səfər” (“Yeni horizont”) kinofilminə simfonik orkestr üçün musiqi. Partitura. (1940)

  50. “Azərbaycan” mahnısı. Partitura. Musiqisi – Tofiq Quliyev. Sözləri – A.Əsgərov. Niyazi tərəfindən orkestr üçün instrumentovkası. (1940)

  51. Simfonik orkestr üçün “Kəklik” valsı. Partitura. (1940)

  52. “Xosrov və Şirin” operasından səs və orkestr üçün Şirinin ariyası. Partitura. (1941)

  53. Orkestr üçün əsər. Partitura. (1941)

  54. “Təbrizim”. Səs və fortepiano üçün Süleyman Rüstəmin sözlərinə yazılmış mahnı. Tərcümə Zaltsmanəndır. (1941)

  55. “Təbrizim”. Simfonik orkestr üçün Süleyman Rüstəmin sözlərinə yazılmış romans. Partitura. (1941)

  56. Fortepiano və səs üçün “Təbrizim” mahnısı. (1941)

  57. “II akta giriş” orkestr üçün partitura. (1941)

  58. “Vals”, “Mazurqa”, “Həyəcan ¹ 1 IV şəkil üçün”. Simfonik orkestr üçün partitura. (1941)

  59. “Azərbaycan diviziyasının marşı”. Nəfəsli orkestr üçün partitura. (1942)

  60. “Xosrov və Şirin” operası. II akt. Partitura. (1942)

  61. “Xosrov və Şirin” operası. (1942)

  62. Fortepiano və orkestr üçün “Rəqs”. İki fortepiano üçün işləmə. I və II. (1942)

  63. Niyazinin işləməsində xor üçün “Dağlarda çiçək” mahnısı. (1943)

  64. A. Aleksandrov “SSRİ-nin himni” Niyazinin simfonik orkestr üçün instrumentovkası. (1943)

  65. “Səhər serenadası”. Fortepiano və vibrafonla orkestr üçün. Partitura. (1944)

  66. Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası. Niyazinin orkestrovkasının yeni redaktəsi. Klavir. (1944)

  67. Simfonik orkestr üçün əsərin II hissəsi. Partitura. (1944)

  68. Fortepiano üçün “Mahnı”. (1944)

  69. Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası. Niyazinin instrumentovkası və redaktəsi. (1944)

  70. Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası. Niyazinin instrumentovkası və redaktəsi. (1944)

  71. Fortepiano ilə orkestr üçün “Konsert”. III hissə. İki fortepiano üçün işləmə. (1944)

  72. Orkestr üçün paradda idman hərəkətlərinin musiqisi. Partitura. (1945)

  73. Nəfəsli orkestr üçün “Parad” musiqisi. (1945)

  74. “Aman”. Xalq çalğı alətləri orkestri üçün əsər. (1946)

  75. “Fətəli xan” kinofilminə musiqi. Partitura. Natamam. (1947)

  76. “Fətəli xan” kinofilminə yazılmış musiqinin üvertürası. Klavir. (1948)

  77. “Süzmə”. Xalq çalğı alətləri orkestri üçün partitura. (1948)

  78. “Solo rəqsi”. Xalq çalğı alətləri orkestri üçün partitura. (1948)

  79. “Aşıq mahnısı”. Aşıq Zeynalın sözlərinə yazılmış səs və fortepiano üçün mahnı. (1949)

  80. “Miracle” (“Möcüzə”) fortepiano üçün prelüd. (1950)

  81. “Kəsmə şikəstə” zərbi muğamı. Simfonik orkestr üçün instrumentovka. Partitura. (1950)

  82. “Çal oyna” mahnısı. Orkestrlə tenor üçün partitura. (1953)

  83. Nəfəsli orkestr üçün əsər. Partitura. (1953)

  84. Ü.Hacıbəyov “Sevgili canan” – simfonik orkestr üçün Niyazinin işləməsi. (1953)

  85. Z.Cabbarzadənin sözlərinə 2 səsli uşaq xoru və fortepiano üçün yazılmış “Vətənimiz” mahnısı. (1953)

  86. Ü.Hacıbəyovun “Sənsiz” romansının Böyük Simfonik orkestr üçün Niyazinin instrumentovkası. Partitura. (1953)

  87. “Marş”. Nəfəsli orkestr üçün partitura. (1957)

  88. “Makomanın sıçrayışı” – orkestr üçün partitura. (1957)

  89. “Savaş”. Simfonik orkestr üçün “Maqomanın kəməri” kinofilminə musiqi. Partitura. (1957)

  90. Simfonik orkestr üçün əsər. Partitura. (1958)

  91. “Çitra” baleti. Partitura. (1961)

  92. “Çitra” baleti. Klavir. (1961)

  93. Orkestr üçün əsər. Partitura. (1966)

  94. Telman Hacıyev “Abşeronun nəğməsi” mahnısı. Niyazinin Böyük Simfonik orkestr üçün instrumentovkası. (1969)

  95. Emin Mahmudov “Ayrılma məndən” mahnısı. Niyazinin Simfonik orkestr üçün instrumentovkası. Partitura. (1969)

  96. Türk mahnısı “Neçin” – simfonik orkestr üçün partitura. (1969)

  97. Ərəb mahnısı “Şelebiye”. Simfonik orkestr üçün partitura. (1969)

  98. “Segah” muğamı. Simfonik orkestr üçün partitura. (1970)

  99. Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası. Niyazinin redaktə və instrumentovkasında. (1970)

  100. Ü. Hacıbəyov “Arşın mal alan” musiqili komediyası. Əsgərin ariyası. Niyazinin işlənməsi. Klavir. (1974)

  101. “Qaytağı”. Simfonik orkestr üçün partitura. (1976)


Yazılma tarixi bilinməyən əlyazmaları
  1. “Uzunqulaq haqqında mahnı”. Orkestr və xor üçün klavir. (Giriş, 2-ci kuplet, Hacımədin mətninin zəifləməsi, Hacımədin mətni üçün pauza, Zərbə qədər Refren, Orkestrin gurultusu və xor)

  2. “Xosrov və Şirin” operasından “Şapur və Şirin”. Klavir.

  3. “Cigitlər rəqsi”. Xalq çalğı alətləri orkestri üçün partitura.

  4. “Xosrov və Şirin” operasından Şirinin ariyası. Klavir.

  5. Simfonik orkestr üçün əsər.

  6. Fortepiano üçün “Preludion”, tapşırıq ¹8.

  7. “Qaçqınlar”. “Kəndlilər” kinofilmindən (Simfonik orkestr üçün) musiqi. Partitura.

  8. “Muxtar bəyin cigitləri”. Giriş və ləzgihəngi ¹1, 2, 3. Simfonik orkestr üçün. Partitura.

  9. “Süleymanın aşıq mahnısı”. Simfonik orkestr üçün partitura.

  10. “Süleymanın gedişi”. Simfonik orkestr üçün partitura.

  11. “Azarçı” Simfonik orkestr üçün uvertüra. Partitura.

  12. “Fətəli xanın döyüşçilərinin rəqsi”. “Fətəli xan” kinofilmindən (Simfonik orkestr üçün) musiqi. Partitura.

  13. “Çiçək tutmuş uşaqların rəqsi” Klavir.

  14. “Stalinə” səs və orkestr üçün (Tenor, bariton). Partitura, davamı.

  15. Orkestr üçün əsər. Partitura.

  16. Orkestr üçün əsər. Partitura.

  17. Orkestr üçün əsər. Partitura.

  18. Eskizlər (yazılar).

  19. “Toya hazırlıq”- orkestr üçün partitura.

  20. Orkestrlə fortepiano üçün əsər. Partitura.

  21. Xalq çalğı alətləri orkestri üçün əsər. Partitura.

  22. “Uvertüra”- orkestr üçün.

  23. Orkestr üçün partitura.

  24. “Oyun süitası”- orkestr üçün partitura.

  25. Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Telli və Vəlinin dueti. Niyazinin orkestr üçün instrumentovkası. Partitura.

  26. A.Zeynallı. “Ala maqam”. Niyazinin orkestr üçün instrumentovkası.

  27. “Marş” orkestr üçün partitura.

  28. Kouz kinosuna “Bir daha atom bombası olmasın” Niyazinin orkestr üçün işləməsi. Partitura.

  29. Orkestr üçün əsər. Partitura.

  30. Orkestr üçün əsər. Partitura.

  31. “407-ci Azərbaycan diviziyasının mahnıları” klavir.

  32. Orkestr üçün əsər. Partitura.

  33. I akta giriş. Klavir.

  34. Orkestr üçün əsər. Partitura.

  35. Orkestr üçün əsər. Partitura.

  36. “Yar gələcək”- orkestr üçün partitura.

  37. “Allegro con brio” orkestr üçün partitura.

  38. Qaralama yazı. Partitura.

  39. Orkestr üçün əsər. Partitura.

  40. Yazı eskizlər.

  41. “Aman nənə” xalq mahnısınin yazısı.

  42. Səs və orkestr üçün əsər. Partitura.

  43. Orkestr üçün əsər. Partitura.

  44. Simfonik orkestr üçün əsər. Partitura.

  45. D.Popper “Toxucu”. Böyük simfonik orkestr üçün Niyazinin instrumentovkası.

  46. N.A.Rimskiy-Korsakov. “Şərq romansı”- Niyazinin böyük simfonik orkestr üçün instrumentovkası.

  47. D.Şostakoviç “Romans”. Niyazinin böyük simfonik orkestr üçün instrumentovkası.

  48. “Rast” muğamı - Niyazinin fortepiano üşün işləməsi.

  49. “Rəng” fortepiano və alət üçün.

  50. Böyük simfonik orkestr üçün əsər. Partitura.

  51. Ü.Hacıbəyov “Dörtlük” – Niyazinin simfonik orkestr üçün orkestrovkası.

  52. “Gənc qızın mahnısı”. Simfonik orkestr üçün partitura.

  53. “Hüseyn xanın döyüşçülərinin rəqsi” Klavir.

  54. “Cekson qardaşlarının reydi”- orkestr üçün partitura.

  55. “Gimnastika hərəkətləri üçün musiqi”- nəfəsli orkestr üşün partitura.

  56. Orkestr üçün əsər. Partitura.

  57. Nazim Hikmətin “Karanfilli Ordam” əsərinə simfonik orkestr, xor və bariton üçün simfonik poema. Klavir.

  58. Orkestr üçün əsər. Partitura.

  59. Orkestr üçün əsər. Partitura.

  60. “Yürüş”. Simfonik orkestr üçün partitura.

  61. Orkestr üçün əsər. Partitura.

  62. “Savalanda səhər” orkestr üçün uvertüra. Partitura.

  63. Simfonik orkestr üçün əsər. Partitura.

  64. “Döyüş siqnalları”. Mis nəfəsli alətlər orkestri üçün.

  65. “Xosrov və Şirin” operası. Partitura.

  66. “Xosrov və Şirin” operasından Şirinin ariyası. Orkestr üçün partitura.

  67. “Xosrov və Şirin” operasından Şirinin ariyası. Klavir. Mətnin müəllifi- M.Rəfili (rus dilinə tərcümə).

  68. Dörd sıralıq xor üçün final.

  69. “Stalin haqqında mahnı”- səs və fortepiano üçün.

  70. Simfoniya ¹ 1. İki fortepiano üçün işləmə.

  71. “Tempo di marsia”- səs və fortepiano üçün mahnı.

  72. Orkestr üçün əsər. Partitura.

  73. Klarnetə 3 kadensiya. Solo 1) inB, inA, inA.

  74. “Bakı nəğməsi”- səs və fortepiano üçün.

  75. “Gənc qızın rəqsi”- fortepiano üçün.

  76. Simfonik orkestr üçün əsər. Partitura.

  77. Simfonik orkestr üçün əsər. Partitura.

  78. “Görüş marşı”. Nəfəsli orkestr üçün partitura.

  79. “Şadlıq nəğməsi” səs və fortepiano üçün.

  80. “Əlavə 2”- orkestr üçün partitura.

  81. “Uzunqulağa”- orkestr üçün partitura.

  82. “Nəhələr” mahnısı. Səs və fortepiano üçün. Sözləri Flizindir.

  83. “Xosrov və Şirin” operasından fraqment. Klavir.

  84. “Qara gilə” xalq mahnısı. Simfonik orkestr üçün işləmə. Partitura.

  85. “Ləzgi həngi”- orkestr üçün. Partitura.

  86. “Vals”- fortepiano üçün.

  87. “Torpaq”. Simfonik orkestr üçün partitura.

  88. “Sülh mahnısı” mahnısı. Səs və fortepiano üçün. Sözləri: Zeynal Cabbarzadə.

  89. “Azərbaycanlılar”. İki fortepiano üçün.

  90. Fortepiano üçün pyes.

  91. “Zirinq”. Simfonik orkestr üçün partitura.

  92. “Uzun dərə”- fortepiano üçün.

  93. Nəfəsli orkestr üçün əsər. Partitura.

  94. “Əlavə”- simfonik orkestr üçün. partitura.

  95. “Mansur” kinofilminə yazılmış musiqi. Simfonik orkestr üçün partitura.

  96. “Sübh çağı” (V aktın başlanğıcı). Simfonik orkestr üçün partitura.

  97. “Rəqs” nəfəsli orkestr üçün partitura.

  98. Səs, fortepiano və orkestr üçün əsər. Klavir.

  99. “Yoldaş Stalin haqqında mahnı”. Xor, 2 fortepiano və simfonik orkestr üçün. Partitura.

  100. Orkestr üçün “Rəqsə giriş”. Partitura.

  101. Simfonik orkestr üçün əsər. Partitura.

  102. Simfonik orkestr üçün əsər. Partitura.

  103. “Xəstəxana”. Simfonik orkestr üçün partitura.

  104. “Finala doğru” - “Buruq ¹2” orkestr üçün partitura.

  105. Simfonik orkestr üçün əsər. Partitura.

  106. Nəfəsli orkestr üçün əsər. Partitura.

  107. Fortepiano üçün “Variasiya ¹1” mövzusu.

  108. “Kürdi”- simfonik orkestr üçün. Partitura.

  109. “Stalinə” səs və fortepiano üçün mahnı. Sözləri R.Rzanındır.

  110. “İlk baharımız sənsiz olmasın” mahnısı. Sözləri Z.Cabbarzadənindir.

  111. “Se voi goder la vita” Simfonik orkestr üçün partitura.

  112. “Ay gülüm nanay”. Simfonik orkestr üçün partitura.

  113. “Zeranda” - Simfonik orkestr üçün partitura.

  114. “Şur muğamından rəng” orkestr üçün partitura.

  115. “Rəng” (Şur muğamından). 4 əllə fortepiano üçün pyes.

  116. “Xosrov və Şirin”operasından “Şapurun nəqli”. Klavir.

  117. “Bəxtiyarın mahnısı”. Səs və fortepiano üçün musiqi.

  118. Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından “Gülçöhrənin iqrası”. Simfonik orkestr üçün. partitura. Niyazinin yeni redaksiya və orkestrovkası.

  119. Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından Cahan xalanın kupletləri. Niyazinin Simfonik orkestr üçün yeni redaksiya və orkestrovkası. Klavir.

  120. Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından “Tellinin şarkısı”. Simfonik orkestr üçün partitura. Niyazinin yeni redaksiya və orkestrovkası.

  121. Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından Əskərin ariyası. Niyazi simfonik orkestr üçün yeni redaksiya və orkestrovkası. Partitura.

  122. “Yallı”- simfonik orkestr üçün partitura.

  123. Musiqi təhsili cədvəli.



 Afişalar

  1. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor – SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazi (rus dilində).

  2. Kirov rayonu müəllimləri üçün SSRİ-nin 60 illiyinə həsr olunmuş konsert. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor – Niyazi. Proqramda Ü.Hacıbəyov və Niyazinin əsərləri. Aparıcı-musiqişünas: Abram Neyman. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 30 may (rus dilində).

  3. P.Çaykovskinin “Yatmış gözəl” tamaşası. Ş.Perronun nağılı əsasında. Məktəbli abonementi ¹ 3. Dirijor – Niyazi. Baletmeyster – Qəmər Almaszadə, rəssam – F.T. Qusak. M.F.Axundov adına Opera və Balet teatrı, 22 aprel 1962–ci il (rus dilində).

  4. Özbəkistan SSR–də Azərbaycan ədəbiyyatı və incəsənəti günləri. Respublikanın Əməkdar kollekltivi, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor-Niyazi. İştirak edir: Azərbaycan Dövlət Xor Kapellası. 14 dekabr 1979–ci il. (rus dilində).

  5. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor – Niyazi. adına Azərbaycan Dövlət Filarmoniyası. (rus dilində).

  6. Ü.Hacıbəyovun “Əsli və Kərəm” operası. 6 pərdəli, ilk dəfə. Dirijor – Niyazi. Quruluşçu rejissor – Hüseyn Rzayev. Rollarda: Həqiqət Rzayeva (Əsli), H.Hacıbababəyov (Kərəm). M.F.Axundov adına Opera və Balet teatrı, 31 dekabr. Çərşənbə axşamı (rus dilində).

  7. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin afişa- plakatı. Bədii rəhbər və baş dirijor – Niyazi. Azərbaycan Dövlət Filarmoniyası (rus dilində).

  8. Əhməd Adnan Sayqunun “Yunus Emre” oratoriyası. Dirijor – Niyazi Tağızadə. Ankara Dövlət Opera və Balet teatrı. 1973-cü il (türk dilində).

  9. Əhməd Adnan Sayqunun “Koroğlu” operası. Dirijor – Niyazi. İstanbul Dövlət Opera və Balet teatrı. Atatürk Kültür mərkəzi. 1973–cü il (türk dilində).

  10. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor – Niyazi (orkestrin şəkli ilə), (rus dilində).

  11. Ümumittifaq müsabiqə və Lenin komsomolu mükafatı laureatı, Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor - SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Ü.Hacıbəyov adına Respublika Dövlət mükafatı və C.Nehru adına Beynəlxalq mükafat laureatı – Niyazi (taxta üzərində, rus dilində).

  12. “Azərbaycan Sovet bəstəkarlarının yaradıcılığı” silsiləsindən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Proqramda Ü.Hacıbəyov, M.Maqomayev, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, Q.Burşteyn, Ə.Abbasovun əsərləri. Dirijor – Niyazi. Solistlər: H.Hacıbababəyov, Z.Rəhimova, K.Kərimov. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 17 aprel (rus dilində).

  13. B. Smetana adına Beynəlxalq müsabiqə laureatı Fərhad Bədəlbəylinin konserti. iaf M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (rus dilində).

  14. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Bədii rəhbər və baş dirijor - SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı və Ü.Hacıbəyov adına Respublika Dövlət mükafatı laureatı – Niyazi. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (rus dilində).

  15. Ümumittifaq Lenin komsomolu müsabiqəsi və mükafatı laureatı, Respublikanın Əməkdar kollektivi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Bədii rəhbər və baş dirijor – SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Ü.Hacıbəyov adına Respublika Dövlət mükafatı və C.Nehru adına Beynəlxalq mükafat laureatı – Niyazi (rus dilində).

  16. Gənc dirijorların baxış müsabiqəsinin 2-ci turu. İfaçılar: Filarmoniyanın Simfonik Orkestri, dirijor – Azərbaycan SSR Əməkdar İncəsənəıt xadimi – Niyazi (Bakı). Proqramda: Əmirovun, Raxmaninovun əsərləri, solist – M.U.Xalfın. Leninqrad Dövlət Filarmoniyası. Böyük zal (rus dilində). 1946-cı il.

  17. Simfonik konsert. Dirijor – Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Niyazi. (Bakı). Solist -T.Barbitova. Proqramda: Q.Qarayev – “Leyli və Məcnun” simfonik poeması, F.Əmirov – “Simfonik muğam”, P.Çaykovski – “Romeo və Cülyatta” üvertura-fantaziyası. Orkestrin müşayiəti ilə üç romans. Xarkov Dövlət Filarmoniyası (ukrayna dilində).

  18. Məşhur Sovet dirijoru və bəstəkarı, Sisialist Əməyi qəhrəmanı, SSRİ Xalq artisti, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov) anadan olmasının 70, yaradıcılıq və içtimai fəaliyyətinin 50 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi. Proqramda: Niyazim haqqında söz və salamlama, bədii hissə. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (rus dilində). 17 mart 1983-cü il.

  19. Moskva Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti. Dirijor – Azərbaycan SSR Xalq artisti Niyazi. Proqramda: Çaykovski – 4-cü simfoniya, İtalyan kapriççiosu, Qarayev – “İldırımlı yollarla” baletindən süita (ilk ifa). Moskva Dövlət Filarmoniyası. Çaykovski adına konsert zalı. 16 yanvar 1953-cü il (rus dilində).

  20. SSRİ Dövlət Simfonik Orkestrinin konserti. Dirijorlar - Azərbaycan SSR Əməkdar İncəsənət xadimi – Niyazi və O.Aqarkov. Solistlər - S.Rixter və D. Snayderman Proqramda: Çaykovski – “Romeo və Cülyetta ” fantaziya–üvertürası, Raxmaninov – orkestr və fortepiano üçün konsert, Əmirov - Azərbaycan muğamı, Kabalevski – skripka və orkestr üçün konsert, Knipper – “Əsgər mahnıları” (süita).. Moskva Dövlət Filarmoniyası. Konservatoriyanın Böyük zalı. 12 mart, 1948-1949-cu illər mövsümü. (rus dilində).

  21. Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət Simfonik Orkestrinin konserti. Drijor - orkestrin bədii rəhbəri və baş dirijoru, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Niyazi. Solist – Van Klibern (ABŞ). Proqramda: R.Şumanın “Fortepiano ilə orkestr üçün konserti” və S.Raxmanovun “Fortepiano ilə orkestr üçün 3 ¹-li konserti”. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, 23 iyun 1960–cı il (rus dilində).

  22. Gənc dirijorların yekun baxış konserti. İfaçılar: Filarmoniyanın Simfonik Orkestri, dirijorlar - İ.Qusman (Çernovtsı), R. Matsov (Tallin), Niyazi (Bakı) ,K.Simeonov (Kiyev), A.Yansons (Riqa). Leninqrad Dövlət Filarmoniyası, Böyük zal, 23 iyul 1946–cı il (rus dilində).

  23. İstanbul festifalı. 21.06.–15.07.1973 –cü il (türk dilində).

  24. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi.. Solistlər: F.Əhmədova, B.Davidoviç, P.Serebryakov, E.Nəzirova. Proqramda: Ü.Hacıbəyovun , Q.Qarayevin, F.Əmirovun, Motsartın , Qriqin, Vaqnerin, Listin, Dvorjakın, Bethovenin əsərləri.. Dzintari Konsert zalı, Riqa, Latviya SSR Filarmoniyası, 29 iyul – 19 avqust 1959 –cu il (latış dilində).

  25. Buxarest Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solist – Viktor Merjanov. Proqramda: Çaykovski və Raxmaninovun əsərləri. “Ateneul” Konsert salonu. Buxarest, Rumıniya, 23 avqust 1954-cü il (rumın dilində).

  26. Buxarest Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solistlər: Y.Sitkovetski (skripka), Y.Slobodkin (violonçel). Proqramda: Niyazi, Xaçaturyan, Qarayev, Çaykovski, Eneskunun əsərləi. “Ateneul” konsert salonu.. Buxarest, Rumıniya, 9 sentyabr 1954 –cü il (rumın dilində).

  27. “Yaşasın Lenin-Stalin komsomolu - 20 il” plakatı. Qabaqcıl Azərbaycan gəncləri arasında Niyazinin şəkli. Bakı, 15. X.. 1933-cü il.

  28. Simfonik Orkestrin konserti. Dirijor- Niyazi. Solist – İqor Jukov. Proqramda: Brams, Çaykovskinin əsərləri. Budapeşt, Macarıstan. 2 aprel 1960-cı il (macar dilində).

  29. Simfonik Orkestrin konserti. Dirijor - Niyazi. Proqramda: P.İ.Çaykovskinin, Mendelsonun əsərləri. F.List adına Budapeşt Filarmoniyası. Budapeşt, Macarıstan, 23 mart 1960-cı il (macar dilində).

  30. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin vida konserti. Dirijor – Niyazi. Dzintari Konsert zalı, Riqa, Latviya SSR Filarmoniyası. 17 -19 avqust 1959 –cu il (latış və rus dilində).

  31. Karlovı Varı Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solist – Karin Georgeonova (violonçel). Proqramda: Balakirev, Şostakoviç, Musorqskinin əsərləri. Karlovı Varı, Çexoslovakiya. 1970–ci ilin payızı (çex dilində).

  32. “Praqa baharı” festivalı çərçivəsində Praqa Filarmoniyasının Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solistlər - Yakob Zak (klavir) və Aleksandr Vlasov (violonçel). Proqramda: Raxmaninov, Prokofyev, Çaykovskinin əsərləri. Praqa,Çexoslovakiya, 30 may 1951–ci il (çex dilində).

  33. “Praqa baharı” festivalı çərçivəsində Sovet ifaçılarının böyük konserti. Drijor – Niyazi. Çexoslovakiya. 1951–ci il (çex dilində).

  34. “Praqa baharı” festivalı çərçivəsində Sovet ifaçılarının konserti. Dirijor- Niyazi. Solist - V.Maksimova (SSRİ). Proqramda: Myaskovski, Qarayev, Qlierin əsərləri. Çexiya Filarmoniyası, 26 may 1951–ci il (çex dilində).

  35. Çexiya Filarrmoniyasının Simfonik Orkestrinin konserti. Drijor- Niyazi. Solist – Nelli Şkolnikova. Çexoslovakiya, 11 sentyabr 1956 –cı il (çex dilində).

  36. Rumıniya Filarmoniyasının Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solistlər: Yevgeniya Smolenskaya və Yevgeni Belov. Proqramda: Çaykovski, Qlinka, Qarayevin əsərləri.Buxarest, Rumıniya, 3 sentyabr1954- cü il (rumın dilində).

  37. Praqa Filarmoniyasının Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solist Nelli Şkolnikova. Proqramda: Rimski – Korsakov, Motsart, C.Hacıyevin əsərləri. Çexoslovakiya. 21 sentyabr 1956 – cı il (çex dilində).

  38. Simfonik Orkestrin konserti. Dirijor – Niyazi. Proqramda: Niyazinin “Rast” simfonik muğamı, Motsart, Çaykovskinin əsərləri. Almaniya Demokratik Respublikası, 17 sentyabr, 1964-1965-ci illər mövsümü (alman dilində).

  39. “Praqa baharı” festivalı çərçivəsində B.Smetana adına Beynəlxalq klavir festivalı. 1951–ci il (çex dilində).

  40. “Praqa baharı” Beynəlxalq musiqi festivalı. Proqramda F.Şopenin əsərləri. Solist - Yakob Zak. Çexoslovakiya, 10 iyun 1951- ci il (çex dilində).

  41. “Praqa baharı” musiqi festivalı çərçivəsində klavir gecəsi. İfaçı – Yuri Brüçkov (SSRİ). Proqramda: Bethoven, List, Qlinka, Çaykovski, Kabalevskinin əsərləri. Çexoslovakiya, 5 iyun 1951–ci il (çex dilində).

  42. “Praqa baharı” Beynəlxalq musiqi festivalı. İfaçı: A.Vlasov (violonçel). Proqramda: Raxmaninov, Şubert, Şopen, Çaykovskinin əsərləri. Çexoslovakiya, 8 iyun 1951–ci il (çex dilində). 2 əd.

  43. “Praqa baharı” Beynəlxalq musiqi festivalı. İfaçılar: N.Yemelyanova, Ma Su-Kunq. Proqramda: Jan Sikker, Çaykovski, Ma Su-Kunqun əsərləriÇexoslovakiya, 28 may 1951-ci il. (çex dilində).

  44. “Praqa baharı – 1951” musiqi festivalı çərçivəsində Sovet incəsənət ustalarının böyük konserti. Çexoslovakiya, 1 iyun 1951-ci il (çex dilində).

  45. “Praqa baharı” Beynəlxalq musiqi festivalı çərçivəsində Smetana adına Beynəlxalq klavir müsabiqəsinin laureatları Nina Slesareva və Qleb Akselrodun (SSRİ) konserti. Çexoslovakiya, 7 iyun 1951-ci il. (çex dilində).

  46. “Praqa baharı” Beynəlxalq festivalı çərçivəsində Sovet incəsənət ustalarının konserti. İfaçılar: Fyodorova bacıları, V.Yakovlev və P.Neçeporenko. Çexoslovakiya, 12 iyun 1951-ci il (çex dilində).

  47. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor – SSRİ Xalq artisti Niyazi. Solist – Beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, 26 dekabr 1963-cü il. (rus dilində).

  48. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solist – Lalə Sadıxova. (skripka). Proqramda: Motsart, R.Vaqner, Q.Qarayevin əsərləri. Mühazirəçi-musiqişünas: Janna Dozortseva. Sumqayıt şəhəri, 27 dekabr (rus dilində).

  49. Niyazinin 70 illiyinə həsr olunmuş elmi sessiya. Azərbaycan SSR Elmlər Akademiyasının binasının dairəvi salonu. 16 mart 1932-ci il.

  50. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor – Niyazi. Solist – Türkiyənin Dövlət artisti Sona Kan (skripka). Proqramda Necil Kazım Aksesin əsərləri. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 25 iyun 1971-ci il (rus dilində).

  51. Əməkdar kollektiv Dövlət Simfonik Orkestrinin konserti. Dirijor –SSRİ xalq artisti, Dövlət mukafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Niyazi. Solist – Azərbaycan SSR xalq artisti, Beynəlxalq mükafatlar laureatı F.Bədəlbəyli. Proqramda: Çaykovski, Qerşvin, Qarayevin əsərləri. Konservatoriyanın Böyük zalı. 6 noyabr, cümə 1981-82-ci illər mövsümü.

  52. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri. Dirijor- Niyazi. Solist – F.Bədəlbəyli. 17 dekabr 1979-cu il (rus dilində).

  53. Niyazinin xatirəsinə (anadan olmasının 80 illiyinə) həsr olunmuş Rusiya Milli Simfonik Orkestrinin konserti. Dirijor- Yalçın Adıgözəlov (Türkiyə). Proqramda Niyazi, Q.Qarayev, F.Əmirovun əsərləri. Moskva Dövlət Filarmoniyası. Konservatoriyanın Böyük zalı. 29 noyabr, 1992-93-cü illər mövsümü (rus dilində).

  54. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illik yubileyinə həsr edilmiş təntənəli gecə. 16 iyul, 1982-ci il. V.İ.Lenin adına saray. Afişanın rəssamı R.Məmmədov (rus dilində).

  55. Görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli gecə. Azərbaycan Dövlət Filarmoniyası. 27 oktyabr 1992-ci il.

  56. Azərbaycanın görkəmli dirjoru və bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət mukafatları laureatı Niyazinin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi. Bakı, Respublika sarayı. 6 dekabr 2002–ci il.

  57. Tixon Xrennikovun müəllif konserti.İfaçılar: Əməkdar kollektiv Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor – Niyazi. Solistlər: İ Oystrax (skripka), L.Boldin (bas), T. Xrennikov (fortepiano). Giriş sözü – Moskva Dövlət Filarmoniyasının musiqişünası Janna Dozortseva. Azərbaycan Dövlət Filarmoniyası, 20 yanvar 1982–ci il (rus dilində).

  58. Respublikanın Əməkdar kollektivi, Ümümittifaq müsabiqə laureatı, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor - orkestrin bədii rəhbəri və baş dirijoru Niyazi. Solist: Azərbaycan SSR Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli. Proqramda: S.Hacıbəyov, C.Qerşvinin əsərləri. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 21 iyun (rus dilində).

  59. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor - Niyazi. Solist - Fərhad Bədəlbəyli (fortepiano). Proqramda: F.Əmirov, Q.Qarayev, K.Sen-Sans, Q.Berliozun əsərləri. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 15 fevral 1966-cı il (rus dilində).

  60. 26 Bakı komissarları adına rayonun müəllimləri üçün konsert. SSRİ-nin 60 illiyinə. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor-Niyazi. Solist: Azərbaycan SSR Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı Fidan Qasımova. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 30 yanvar (rus dilində).

  61. Balet süitaları gecəsi. Respublikanın Əməkdar kollektivi, Ümümittifaq müsabiqə laureatı, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəhbər və baş dirijor – Niyazi. Dirijor Rauf Kərimov. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (rus dilində).

  62. V.İ.Lenin adına Ümümittifaq pioner təşkilatının 50 illiyinə həsr olunmuş Nərimanov rayonunun uşaq musiqi məktəblərinin gənc ifaçılarının son baxış konserti. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor-Niyazi. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 16 aprel. 3 ədəd (rus dilində).

  63. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr olunmuş Moskvada SSRİ xalqları incəsənət bayramına hazırlanmış proqramın nümayişi. Dirijor- SSRİ xalq artisti, SSRİ Dövlət mukafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Niyazi. Solist – Azərbaycan SSR Əməkdar artisti Azad Əliyev. Proqramda: A.Məlikov, F.Əmirov, K.Sen-Sansın əsərləri. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 21 aprel 1970-ci il (rus dilində).

  64. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Abonement ¹ 7. Bədii rəhbər və baş dirijor – Niyazi. Dirijorlar: Niyazi və Çingiz Hacıbəyov. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. S. Vurğun adına Mədəniyyət sarayı. Sumqayıt şəhəri. Oktyabr-may. 1968-1969-cu illər mövsümü (rus dilində).

  65. Əməkdar kollektiv Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin abonement konserti. Dirijor – SSRİ xalq artisti, SSRİ Dövlət mukafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Niyazi. Solistlər – Respublikanın Əməkdar artisti Valeri Qurbanov və Vaqif Kərimov. Giriş sözü: musiqişünas Sabir Kərimov. S.Vurğun adına Mədəniyyət Evi. Sumqayıt şəhəri, 23 iyun 1969–cu il. (rus dilində).

  66. Lüdviq van Bethovenin anadan olmasının 200 illiyinə həsr olunmuş yubiley gecəsi. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor-Niyazi. Solistlər: Valeri Qurbanov (bas), Sərvər Qəniyev (skripka) və b. Giriş sözü: Elmira Abbasova.16 dekabr 1977-ci il.

  67. Simfonik konsertlər silsiləsindən (V.İ.Leninin “sevimli musiqisi”) Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti. Dirijor-Çingiz Hacıbəyov. Solist-Valeri Qurbanov. Proqramda: Motsart, Bethoven, Bize, Qlinka, Çaykovskinin əsərləri. Giriş sözü: musiqişünas Sabir Kərimov. 5-6 iyul 1969-cu il (rus dilində).

  68. Musiqiçi-ifaçıların IV Zaqafqaziya müsabiqəsinin III turu. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor-Niyazi. Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin simfonik orkestri. Dirijorlar: Qivi Azmaytaraşvili, Ramiz Məlik-Aslanov. 25-30 oktyabr 1972-ci il (rus dilində).

  69. “Avazı xoş ulu muğam” adlı konsert. H.Əliyevin xatirəsinə ithaf olunur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor-Yalçın Adıgözəlov. Proqramda Niyazinin “Rast” simfonik muğamı. Solistlər: M.İbrahimov, T.Bayramov, B.Mirzəyeva, E.Həşimov, E.Əhmədov. Azərbaycan Dövlət Filarmoniyası, 10 may 2007-ci il.

  70. Şuşada keçirilən III Azərbaycan Musiqi Festivalı. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor-Niyazi. Solistlər: Ramiz Quliyev, artistlər Yaqut Abdullayeva, Səxavət Məmmədov, Səfa Qəhrəmanov, Saleh Bədəlov, Qəndab Quliyeva, Mais Məmmədov, Vahid Abdullayev, Məhəbbət Kazımov. Azərbaycan Dövlət Filarmoniyası və Şuşa şəhər zəhmətkeş deputatları soveti. 1 avqust 1983-cü il.


 Proqramlar

  1. Zülfüqar Hacıbəyov “Aşıq Qərib” muğam operasının proqramı. M.F Axundov adına Azərbaycan Dövlət Türk Opera Teatrının qastrolları. Sverdlov adına Dövlət teatrı. Özbəkistan SSR, Daşkənd şəhəri. 1931-ci ilin yayı. (rus və özbək dillərində).

  2. Azərbaycan incəsənəti dekadasının konsert proqramı. Moskva 11 aprel, 1938-ci il (rus dilində).

  3. Azərbaycan Dövlət Filarmoniyası orkestrinin simfonik konsertinin proqramı. Dirijor – Niyazi, solist – musiqiçi-ifaçıların Ümumittifaq müsabiqə laureatı Emil Qureviç. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 17 yanvar 1939-cu il (rus dilində).

  4. Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin simfonik konsert proqramı. Dirijor – Nikolay Anosov, Solist – Varşavada keçirilən pianoçuların Beynəlxalq müsabiqə laureatı (I mükafat) Lev Oborin. Proqramın 2-ci hissəsində Niyazinin “Simfonik rəqs” əsəri səslənmişdir. M.Maqomayev adınaAzərbaycan Dövlət Filarmoniyası. 4 fevral 1939-cu il (rus dilində).

  5. Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin konserti. Dirijor- Niyazi, solist- pianoçuların Beynəlxalq müsabiqə laureatı, professor Lev Oborin (royal). M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 14 fevral 1940-cı il (rus dilində).

  6. SSRİ Xalq Artisti, kompozitor Üzeyir Hacıbəyovun anadan olmasının 55 illiyinə həsr edilmiş Təntənəli Konsertin proqramması. Proqramma Üzeyir Hacıbəyovun əsərlərindən ibarətdir. “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına Niyazi dirijorluq etmişdir. M,F,Axundov adına Azərbaycan Dövlət Lenin ordenli Opera və Balet teatrı. Bakı 18 sentyabr. 1940-cı il (azərbaycan və rus dillərində).

  7. Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Niyazi. Yeni opera “Xosrov və Şirin”. 4 pərdəli opera. Quruluş- teatrın bədii rəhbəri, Azərbaycan SSR Xalq artisti İsmayıl Hidayətzadənindir. Dirijor: müəllif. M.F.Axundov adına Azərbaycan Dövlət Lenin ordenli Opera və Balet teatrı. 1941-42-ci il mövsümü.

  8. Azərbaycanda Sovet hakimiyyəti qurulmasının XXIII ildönümünə və 1 may gününə həsr olunmuş təntənəli konsertin proqramması. M.F.Axundov adına Azərbaycan Dövlət Lenin ordenli Opera və Balet teatrı. Bakı 28 aprel 1943-cü il. (azərbaycan və rus dillərində).

  9. Zaqafqaziya Respublikalarının Sovet musiqisi Dekadasının proqramı. Azərbaycan SSR. Bədii rəhbərlər: Üzeyir Hacıbəyov (Stalin mükafat laureatı, SSRİ Xalq artisti ), Şövkət Məmmədova (SSRİ Xalq artisti), İsmayıl Hidayətzadə. (Azərbaycan SSRİ Xalq artisti). Konserti aparır: Leyla Terequlova. (Azərbaycan SSR Əməkdar İncəsənət xadimi). Tbilisi, 1944-cü il. (rus dilində).

  10. J.Bizenin “Karmen” operasının proqramı. Dirijor – Niyazi, quruluşçu rejissor – İ.Hidayətzadə, rəssam – A.Filippov. M.F.Axundov adına Azərbaycan Dövlət Lenin ordenli Opera və Balet teatrı. 1951 – 1952-ci illər mövsümü. (rus dilində)

  11. Konsert proqramı. 26 may - ifa edir Tatyana Qoldfarb (fortepiano), 29 may – ifa edir Moskva Dövlət Filarmoniyasının Simfonik orkestri, dirijor – Karlo Tsekki (İtaliya), 30 may – Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadası çərçivəsində Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin konserti. Dirijor – Niyazi. Solist – Tamilla Mahmudova. (fortepiano). Moskva Dövlət Filarmoniyası. Konservatoriyanın böyük zalı. 1958-1959-cu illər mövsümü. (rus dilində).

  12. Moskvada Azərbaycan İncəsənəti və Ədəbiyyatı dekadasının proqramı. M.F.Axundov adına Azərbaycan Dövlət Lenin ordenli Opera və Balet teatrının SSR İttifaqı Böyük teatrında tamaşaları. 1959-cu il mayın 22-dən 31-dək olan repertuar:
    - Fİkrət Əmirov . “Sevil” operasının proqramı. 4 hissəli, proloq və epiloqlu opera. Librettonun müəllifi Tələt Eyyubov (Cəfər Cabbarlının eyni adlı pyesi əsasında). Tamaşanın musiqi rəhbəri və dirijoru – teatrın baş dirijoru, Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Niyazi. Quruluş – teatrın baş rejissoru Azərbaycan SSR Xalq artisti M.A.Məmmədov;
    - Qara Qarayev. “Yeddi gözəl” baletinin proqramı. 3 hissəli, 9 pərdəli balet (Niyazinin poemaları əsasında). Librettonun müəllifləri İ.Hidayətzadə, Y.Slonimskiy, S.Rəhman. Tamaşanın musiqi rəhbəri və dirijoru – teatrın baş dirijoru, Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Niyazi. Tamaşanın kompozisiyası və quruluşu baletmeyster, RSFSR Əməkdar artisti P.A.Qusev;
    - Əfrasiyab Bədəlbəyli. “Qiz qalası” baletinin proqramı. 3 hissəli, proloq və epiloqlu balet. Librettonun müəllifi Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Ə.Bədəlbəyli. Quruluş – teatrın baş baletmeysteri, Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Q.Q.Almaszadə;
    - Üzeyir Hacıbəyov. “Koroğlu” operasının proqramı. 5 hissəli. Librettonun müəllifi H.İsmayılov, şeirlər M.S.Ordubadinindir. Tamaşanın musiqi rəhbəri və dirijoru - teatrın baş dirijoru Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Niyazi. Quruluş – teatrın baş rejissoru, Azərbaycan SSR Xalq artisti Mehdi Məmmədov;
    - Soltan Hacıbəyov. “Gülşən” baletinin proqramı. 3 hissəli balet. Librettonun müəllifi Q.A.Almaszadə və P.Abolimov. Tamaşanın musiqi rəhbəri və dirijoru – teatrın baş dirijoru Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Niyazi. Dirijor – Azərbaycan SSR Əməkdar İncəsənət xadimi K.D.Abdullayev. Quruluş – tetrın baş baletmeysteri, Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Q.Q.Almaszadə (rus dilində).

  13. Üzeyir Hacıbəyovun “Koroğlu” operasının proqramı. 5 hissəli opera. Librettonun müəllifi: H.İsmayılov, şeirlər M.S.Ordubadinindir. Tamaşanın musiqi rəhbəri və dirijoru – teatrın baş dirijoru Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Niyazi. Quruluş – teatrın baş rejissoru, Azərbaycan SSR Xalq artisti Mehdi Məmmədov. Azərbaycan incəsənəti və ədəbiyyatı dekadası. Moskva 1959-cu il (rus dilində).

  14. Azərbaycan SSR incəsənəti və ədəbiyyatı dekadasının yekun konsertinin proqramı. SSR İttifaqı Böyük Teatrı. Moskva, 1 iyun 1959-cu il (rus dilində).

  15. Azərbaycan SSR Sovet Bəstəkarları İttifaqının gənc bəstəkarların yaradıcılığına həsr olunmuş II Plenumunun proqramı. Bakı, dekabr 1959-cu il (rus dilində).

  16. Üzeyir Hacıbəyovun “Koroğlu” operasının proqramı. 5 pərdəli opera. Librettonun müəllifi: H.İsmayılov, şeirlər M.S.Ordubadinindir. Tamaşanın musiqi rəhbəri – Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Niyazi Hacıbəyov, Dirijor – Respublikanın Xalq artisti Ə.H.Həsənov, Quruluşçu rejissor – Respublikanın Xalq artisti M.Ə.Məmmədov. M.F.Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı. 1959 – 1960–cı illər mövsümü (azərbaycan və rus dillərində).

  17. Böyük Oktyabr Sosialist inqilabının 43-cü ildönümünə həsr olunmuş təntənəli gecənin proqramı. Konsertin bədii rəhbəri – respublikanın xalq artisti Sultan Hacıbəyov. M.F.Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı. Bakı, 6 noyabr 1960-cı il. (azərbaycan və rus dillərində)

  18. Zülfüqar Hacıbəyovun “Evliykən subay” 3 pərdəli musiqili komediyasının proqramı. Quruluşçu-rejissor – N.A.Şərifov Dirijor – Ç.Z.Hacıbəyov (Azərbaycan SSR Əməkdar İncəsənət xadimi). Azərbaycan Dövlət Musiqili Komediya teatrı. 1960-cı il.

  19. Zülfüqar Hacıbəyovun. “Əlli yaşında cavan” 3 pərdəli musiqili komediyasının proqramı. Quruluşçu-rejissor – Ş.B.Bədəldəyli, dirijorlar – Ç.Hacıbəyov, K.Abbasov. Azərbaycan Dövlət Musiqili Komediya teatrı. 1960-cı il.

  20. P.İ.Çaykovskiy adına Beynəlxalq müsabiqə laureatı Van Klibernin konsert proqramı. 28 iyun proqramında Şuman və Raxmaninovun əsərləri. Dirijor – Niyazi, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. Bakı, 26 və 28 iyun 1960-cı il (rus dilində).

  21. Arif Məlikov “Məhəbbət əfsanəsi” baleti. 3 hissəli. Ssenari müəllifi Beynəlxalq Sülh mükafatı laureatı Nazim Hikmət. Dirijor – SSRXalq artisti Niyazi. Quruluşçu baletmeyster – RSFSR Əməkdar artisti Y.N.Qriqoroviç. Rəssam – RSFSR Xalq artisti S.B.Virsaladze. Baş baletmeyster – SSRİ Xalq artisti K.M.Sergeyev. S.M.Kirov adına Leninqrad Dövlət Lenin ordenli Akademik Opera və Balet teatrının tamaşası. Kremlin Qurultaylar Sarayı. Moskva, cümə, 6 iyul 1962-ci il. (rus dilində)

  22. Çin Xalq Respublikasında qastrol konsertinin proqramı. Dirijor – Niyazi, solistlər – S.Knuşevitski (violonçel), Y.Malinin (fortepiano). 1962-ci ilin sonu. (çin dilində).

  23. Dostluq konsertinin proqramı. Proqrama Ü.Hacıbəyov, Q.Qarayev, Niyazi, F.Əmirov, R, Hacıyev və b-nın əsərləri daxildir. Dirijor – Niyazi, bədii rəhbər – Zakir Bağırov. Bakı may 1964-cü il (azərbaycan və rus dillərində).

  24. 24. Arif Məlikov. “Məhəbbət əfsanəsi” baletinin proqramı. 10-cu tamaşa. Librettonun müəllifi: Nazim Hikmət, dirijor – A.A.Kopılov, Baletmeyster – Y.N. Qriqoroviç, rəssam – S.B. Virsaladze. SSRİ Böyük Teatr. 8 fevral 1966-cı il (rus dilində).

  25. P.İ.Çaykovski. “Yevgeni Onegin” operasının proqramı. 3 pərdəli opera. Dirijor – Pino Trost, xor rəhbəri - Mühiddin Sadak. İstanbul bələdiyyəsi şəhər operası. 22 oktyabr 1965-ci il.

  26. Azərbaycan İncəsənət Ustalarının Kremlin Qurultaylar Sarayında keçiriləcək konsertinin proqramı. Quruluşcu rejissor – Azərbaycan SSR Xalq artisti Şəmsi Bədəlbəyli, musiqi rəhbəri – SSRİ Xalq artisti Niyazi. 26 iyun 1967-ci il. (azərbaycan və rus dillərində).

  27. Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyinə həsr olunmuş konsertin proqramı. 2 hissəli konsertin bədii rəhbəri – Niyazi, baş rejissoru - M.Haşımov. Oktyabr 1967 –ci il. (azərbaycan və rus dillərində).

  28. Rus musiqisi festivalının konsert proqramı. Dirijor – Niyazi, solist – İrina Boçkova. Theatre du Chatelet. Paris. 26 noyabr 1967-ci il. (Fransız dilində).

  29. Azərbaycan Bəstəkarlar İttifaqının Yubiley plenumunun konsert proqramı. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrı. 2-12 oktyabr 1967-ci il. (azərbaycan və rus dillərində).

  30. Fortepiano Musiqisi Gecəsi və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı. Solist: Beynəlxalq müsabiqə Laureatı Ayşegül Sarıca (Türkiyə). Bədii rəhbər və baş dirijor Niyazi. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 7, 9 mart 1968-ci il. (rus dilində).

  31. Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 48–ci ildönümünə və 1 May bayramına həsr edilmiş təntənəli iclasın iştirakçıları üçün konsertin proqramı. Konsertin bədii rəhbəri – Niyazi, musiqi rəhbəri – Emin Mahmudov, rejissor – Ramiz Əliyev. Aprel, 1968-ci il. (azərbaycan və rus dillərində).

  32. Azərbaycan Bəstəkarlarının 3-cü qurultayı. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin konsert proqramı. Dirijor – Niyazi, solistlər – Hacı Məmmədov və Lütfiyar İmanov. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. Bakı, 30 oktyabr 1968–ci il. (azərbaycan və rus dillərində).

  33. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin konsert proqramı. Dirijor – SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Üzeyir Hacıbəyov adına Dövlət mükafatı laureatı Niyazi. Solist – Beynəlxalq müsabiqə laureatı Bella Davidoviç (fortepiano). Bakı, 8-9 mart 1969-cu il (rus dilində).

  34. Niyazinin “Çitra” baletinin proqramı. R.Taqorun eyni adlı əsəri üzrə 2 pərdəli balet. Tamaşanın musiqi rəhbəri və dirijoru – SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı və Üzeyir Hacıbəyov adına Dövlət mükafatı Laureatı Niyazi. Librettosu və quruluşu RSFSR Əməkdar İncəsənət xadimi, C.Nehru adına mükafat laureatı N.V.Danilova. Dekorasiya və geyimləri SSRİ Xalq rəssamı, C.Nehru adına mükafat laureatı M.Q.Abdullayevindir. M.F.Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı. Bakı, 1971-ci il. (azərbaycan və rus dillərində).

  35. Cüzeppe Verdinin “Aida” operasının proqramı. 4 pərdəli. Libretto müəllifi – Ghizlanzoni, dirijor – Alberto Zetta, quruluş – Aydın Gün. Türk Dövlət operası. 6 iyun 1973-cü il. (türk dilində).

  36. Simfonik konsert proqramı. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri. Dirijor – orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları və Ü.Hacıbəyov adına Respublika mükafatı laureatı Niyazi. Solist – Azərbaycan SSRİ Əməkdar artisti, Praqa və Lissabon Beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. Bakı, 21 iyun 1974-cü il. (rus dilində).

  37. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin konsertinin proqramı. Dirijor - SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı və Üzeyir Hacıbəyov adına Dövlət mükafatı laureatı, C.Nehru adına mükafat laureatı Niyazi. Solist – Lalə Sadıxova (skripka). Mühazirəçi-musiqişünas – Janna Dozortseva (Moskva). M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. Bakı, 26 dekabr 1980-ci il. (rus dilində).

  38. Xalq mahnılarının istedadlı gənc ifaçıları I respublika baxış-müsabiqəsi qaliblərinin və Azərbaycan Həmkarlar İttifaqları uşaq bədii özfəaliyyət kollektivlərinin yekun konsertinin proqramı. Konsertin bədii rəhbəri-dirijor – orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları və Ü.Hacıbəyov adına Respublika mükafatı laureatı Niyazi. Musiqi rəhbəri Azərbaycan SSR Əməkdar incəsənət xadimi Vasif Adıgözəlov. V.İ.Lenin adına saray. 10 iyun 1981-ci il. (azərbaycan və rus dillərində).

  39. Aşıq Alının anadan olmasının 180 illiyinə həsr olunmuş təntənəli konsertin proqramı. Konsertin bədii rəhbəri – Həsən Adıgözəlzadə, quruluşçu rejissor – İlham Xanbudaqov, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. 22 dekabr 1981-ci il. (azərbaycan və rus dillərində ).

  40. Tixon Nikolayeviç Xrennikovun müəllif konsertinin proqramı. SSRİ-nin 60 illiyi münasibəti ilə. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri. Dirijor – SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı və Üzeyir Hacıbəyov adına Dövlət mükafatı laureatı, C.Nehru adına mükafat laureatı Niyazi. Solistlər – Tixon Xrennikov, RSFSR xalq artisti İqor Oystrax, RSFSR xalq artisti Leonid Boldin. Giriş sözü – musiqişünas Janna Dozortseva. Sumqayıt şəhəri, S.Vurğun adına Mədəniyyət evi. 21 yanvar 1982-ci il.

  41. Şərq xalça sənəti üzrə Beynəlxalq simpozium iştirakçıları üçün konsertin proqramı. Konsertin bədii rəhbəri – Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti Niyazi. Baş quruluşçu rejissor – Azərbaycan SSR xalq artisti Kərim Kərimov. V.İ. Lenin adına saray. 10 sentyabr 1983-cü il. (azərbaycan və rus dillərində).

  42. Azərbaycan incəsənət ustalarının konsert proqramı. Konsert qəhrəman Vyetnam xalqının azadlıq mübarizəsinə həsr edilir. Konsertin bədii rəhbəri – SSRİ xalq artisti Niyazi. (azərbaycan və rus dillərində).












Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.