az | ru | en
3 oktyabr 2023


Niyazi xatirələrdə. Tərtib edən və redaktor A.Bayramova. Tərcümə - R.Bayramov, X.Abdinova. - Bakı: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, - 2023.





3 dekabr 2021


2021-ci ildə ?Nizami Gəncəvi ili? çərçivəsində və muzeyin təşkilatçılığı ilə keçirilən ?Nizami və musiqi? beynəlxalq onlayn konfransının materiallar toplusu (Nizami və musiqi. Məqalələr toplusu. Elmi redaktor A.H.Bayramova. Bakı: Orxan NPM. ? 2021, ? 304 s.) nəşr olunmuşdur.

ətraflı...


3 dekabr 2021


2021-ci ildə ?Nizami Gəncəvi ili? çərçivəsində muzeyin direktoru Alla Bayramovanın həmmüəllif AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı olduğu ?Musiqi Nizami ?Xəmsə?sinin səhifələrində? kitabı (Alla Bayramova, Rauf Şeyxzamanlı. Musiqi Nizami "Xəmsə"sinin səhifələrində. - Gəncə: "Elm" nəşriyyatı, - 2021, - 162 s.) nəşr olunmuşdur.

ətraflı...


19 mart 2018
"Qara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlər"

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qara Qarayevin 100 illiyinə həsr olunmuş ?Qara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlər? not məcmuəsini nəşr etdirmişdir. Gərgin uzun illik tədqiqat işləri nəticəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Bakı, Moskva və Sankt-Peterburqda Qara Qarayevin tamaşalara yazdığı əksər musiqi notlarını - tam və ya fraqmentlərlə, müəllif və ya köçürücülər tərəfindən yazılan notları aşkar etməyə nail olmuşdur. Dramatik teatrların, həmçinin S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinin, Rusiya Dövlət Ədəbiyyat və İncəsənət arxivinin köməyi ilə həyata keçirilənlər, Azərbaycan və Sovet musiqi mədəniyyətinin korifeylərindən birinin yaradıcılığının əvvəllər tədqiq olunmamış səhifələri haqqında təsəvvür əldə etməyə imkan verir (Bunların bir çoxu Azərbyacanda heç vaxt səslənməmişdir). Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən əvvəllər nəşr edilmiş iki nömrə - ?Afroditanın adası? tamaşasından ?Eskiz? və ?Antoni və Kleopatra? tamaşasından ?Məhəbbət mövzusu? - istisna olmaqla təqdim olunan məcmuədə Qara Qarayevin teatr musiqisinin fraqmentləri ilk dəfə nəşr olunur. Şübhəsiz, bu nəşr görkəmli bəstəkarın yaradıcılığının unudulmuş səhifələrinin qayıdışına və onunla tanışlığa kömək edəcəkdir. Həmçinin bu nəşr, şagird və tələbələrinin fortepiano və vokal repertuarını zənginləşdirəcəkdir. Layihənin müəllifi və elmi redaktoru - Alla Bayramova. Kompüter not qrafikası - Yavər Nemətli. Korrektor - Alla Fyodorova.




5 fevral 2018
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə nəşr etdirdiyi əlfəcin.





2013
Muzeyin yeni nəşri ? "Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində"

Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə muzeyin yeni nəşri - "Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində" illüstrasiyalı kataloqu işıq üzü görmüşdür. Bu layihənin rəhbəri və elmi redaktoru Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova, tərtibçi-redaktor Rza Bayramovdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondlarında Niyaziyə dair 6500-ə yaxın material qorunub saxlanılır. Kataloqda bu materialların kiçik bir qismi ? cəmi 458 ədəd material əks olunmuşdur. Bunlar Niyazinin not əlyazmaları (260 ədəd), sənədlər (86 ədəd), proqramlar (42 ədəd) və afişalardır (70 ədəd). Hər bir bölmədən sonra o bölməyə aid fotoşəkillər nümayiş olunur.

  • Kataloq




  • 2012
    Maestro Niyazinin 100 illiyi

    2012-ci ildə Maestro Niyazinin 100 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə Niyazinin Mənzil Muzeyinin yeni bukletləri (Azərbaycan və rus dillərində) və ?Təsviri sənət əsərləri Niyazinin mənzil muzeyində? adlı 16 acıqcadan ibarət Acıqca dəsti nəşr olunmuş və yubiley tədbirində təqdimat mərasimi keçirilmişdir. Bundan əlavə ?Niyazi arxivinin illüstrasiyalı kataloqu?u nəşr üçün hazırlanmışdır və nəşr olunma ərəfəsindədir.
    ?Təsviri sənət əsərləri Niyazinin mənzil muzeyində? açıqca dəsti.
    Buklet




    4 fevral 2011
    Qara Qarayev

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri olan ?Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında? kitabı Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ?Şərq və Qərb? Mətbəə və Nəşriyyat evi tərəfindən nəşr olunmuşdur. Layihənin rəhbəri və elmi redaktoru Alla Bayramovadır.



    24 sentyabr 2010
    Ləzgi rəqsi

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin ?Ləzgi rəqsi?nin (1932) Xalq çalğı alətləri orkestri üçün partiturasını nəşr etdirmişdir. Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacibəylinin 125 illiyinə həsr olunmuş 2010-cu il 24 sentyabr tarixində bəstəkarın ?Ləzgi rəqsi?nin ilk nəşrinin təqdimatı mərasimi keçirilmişdir.
    ətraflı...


    Muzey diskləri haqqında məlumat










    2007-ci ildə

    40 mindən artıq əşyanı birləşdirən Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin kolleksiyalarında not əlyazmaları da vardır. Muzeyin əməkdaşları onları araşdırarkən 1920 ? 1960 illərdə Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Soltan Hacıbəyov, Polad Bülbüloğlu kimi bəstəkarlar və istedadlı pianoçu Fərhad Bədəlbəyli tərəfindən yazılmış, lakin heç kəsə məlum olmayan bir sıra musiqi pyeslərini aşkar etmişdilər. Müxtəlif, bəzən müəmmalı səbəblərdən bu pyeslər heç zaman geniş kütlələr qarşısında səsləndirilməmiş, bəziləri isə yalnız yarım əsr öncə bir dəfə ifa edilmişdilər. İctimaiyyətin bu misiqi ilə tanış olmasını asanlaşdırmaq məqsədilə muzey onları səsləndirərək, iki not məcmusu şəklində nazirliyin maddi dəstəyi ilə nəşr etdirmişdir (Niyazinin fortepiano əsərləri və Azərbaycanın bəstəkəlarının əsərləri).

    Nazirliyin maddi dəstəyi ilə ?Musiqi Mədəniyyəti Muzeyinin tapıntıları? adlı Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən ibarət disk buraxılmışdır. Diskdə təqdim olunmuş fortepiano pyesləri XX yüzilliyin ortalarında Azərbaycan bəstəkarlıq məktəbinin böyük tərəqqi yolunun keçməsinin əyani sübutudur. Bu tərəqqi 1908 ildə Azərbaycanlı bəstəkarın ilk müəllif əsəri (Ü. Hacibəyovun ?Leyli və Məcnun? operası) yarandığı andan çox qısa bir zaman çərçivəsində baş vermişdir.

    Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının məzunu, dosent, konsert fəaliyyəti ilə məşğul olan pianoçu Ülviyyə Hacibəyova (d. 1960) muzey arxivlərində aşkar edilmiş not əlyazmalarının, musiqi əsərlərinin böyük hissəsinin ilk və hal-hazırda ən kamil ifaçısıdır.


    Niyazi (1912 - 1984)
    1. Etüd (1929)
    2. Skertso
    3. Prelüd (1930)
    4. Rəqs ?Almaz? kinofilminə musiqidən fraqmentləri (1935)
    5. Andantino
    6. Moderato
    7. Allegretto
    8. ?Möcüzə? (1950)
    9.?Çitra? baletindən Adajio
    10. Rəng

    Cövdət Haciyev (1917 - 2002)
    11. I
    12. II
    13. III
    14. IV

    Soltan Hacıbəyov (1919-1974)
    15. Prelüd

    Qara Qarayev (1918 - 1982)
    16. Sonatina (1940)
    17. Yürüş (1950)
    18. Gənclər marşı (1956)
    19. Eskiz (1960)
    20. Məhəbbət mövzusu. V. Şekspirin ?Antoni və Kleopatra? dramına yazılan musiqidən

    Polad Bülbüloğlı (1945)
    21. Skertso (1964)

    Fərhad Bədəlbəyli (1947)
    22. Prelüd. Niyaziyə həsr olunub. 1965


    2005-ci ildə Caz-muğam diski "Jazz-?ugham Bridges". ?American Voices? təşkilatının dəstəyi ilə AMMDM-nin Qədim Musiqi Alətləri Ansamblının musiqiçiləri, Bakı Musiqi Kollecinin tələbələri, amerikalı musiqiçi Mayk Del Ferro və norveçli musiqiçi Stian Karstensen Azərbaycan Dövlət Filarmoniyasında geniş konsert proqramı ilə çıxış etmişdirlər. Konsertdə Azərbaycan musiqisi nümunələrindən ?Heyratı?, ?Qaytağı?, ?Sarı gəlin? səslənmiş, həmçinin Azərbaycan üçün doğma olan muğam-caz folklor elementləri xarici musiqiçilərin sinkop edilmiş ritimləri vasitəsilə improvizə olunmuşdur. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Bu konsert Azərbaycandakı ABŞ və Norveç səfirlikləri, Unocal Xəzər, Statoil Azərbaycan, Turkiş Petroleum Azərbaycan şirkətlərinin maddi dəstəyi ilə diskə köçürülmüşdür. Disk Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olaraq təqdim edilmişdir.
    2004-2005 illərdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ?Azərbaycan Musiqi Alətləri? (yapon və ingilis dillərində) adlı albom-kataloq nəşr olunmuşdur. Nəşrdə təqdim olunan musiqi alətlərinin və xalq ifaçıların bütün foto və yazılı materialları muzeyin kolleksiyalları əsasında hazırlanmışdır.

    2004-ci ildə ?Qadınlar Azərbaycanın musiqi həyatında? kitabında milli musiqi yaradıcılığının müxtəlif sahələrində fəaliyyət göstərmiş əlli nəfər qadına aid foto və bioqrafik məlumatlar öz əksini tapmışdır. Materialların hamısı AMMDM-in fondlarından götürülmüşdür. Kitabın müəllifi, tərtibçisi və redaktoru muzeyin direktoru, Alla Bayramovadır. Kitab Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir.

    2002, 2003-ci ildə UNESCO-nun Mədəni İrs Bölməsinin maliyyə dəstəyi ilə ?Keçmişin unudulmuş səsləri? adlı CD buraxılmışdır. Bu diskdə AMMDM-nin Qədim Musiqi Alətləri Ansamblının ifasında Azərbaycanın qədim musiqi alətlərini və musiqisini dinləmək mümkündür. Ansamblın bədii rəhbəri Məcnun Kərimovdur. Diskə xalq musiqisi və müasir melodiyalarla yanaşı alimlərin tədqiqatları nəticəsində oxunması mümkün olmuş Əbdülqadir Marağainin (XIV-XV əsrlər) bir neçə musiqi əsəri də daxil edilmişdir.

    2002-ci ildə AMMDM ?Azərbaycan musiqi mədəniyyəti simalarda? (Azərbaycan, rus, inglis dillərində) təqvim kitabı buraxmışdır. Kitabda XIX-XX əsr milli musiqi sənətinin görkəmli nümayəndələrinin fotoşəkilləri və onlar haqqında qısa məlumat verilmişdir. Kitabın m#252;əllifi, tərtibçisi və redaktoru muzeyin direktoru Alla Bayramovadır.





    Muzey məmulatları

    Azərbaycan musiqi mədəniyyəti tarixinin təbliği məqsədilə muzey geniş çeşidli suvenir dəftərxana məmulatlarının hazırlamışdır. Bu məqsədlə AMMDM zəngin və maraqlı fondunun eksponatları əsasında not dəftəri, telefon kitabçası, bloknot, kitabın arasına qoymaq üçün nişan (zakladka) nəşr etdirmişdir.
    - Not dəftəri. Dəftərin üz qabığında Sazəndərlər dəstəsinin fotosundan istifadə edilib. XIX əsr.
    - Bloknot. Bloknotun üzərində Vaqif Mustafazadənin portreti təsvir olunub. Rəssam - A#287;asəf Cəfərov. Kətan, yağlı boya 150x145 sm.
    - Telefon kitabçası. Tərtibatında Üzeyir Hacıbəyovun ?Ləzgi rəqsi?-nin əlyazmasından (1932) və bir sıra Azərbaycan bəstəkarlarının imzalarından istifadə olunmuşdur.
    - Kitabarası nişanlar. Muzeydə saxlanılan tar musiqi alətinin təsvirləri verilmiş kitabın arasına qoymaq üçün nişanlar. 1908-1916, o cümlədən, 1997-ci ildə Məcnun Kərim tərəfindən hazırlanmış tar musiqi alətləri.
    Bu suvenir dəftərxana məmulatları Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir.








    Video
    - Niyazinin mənzil-muzeyinin açılışı
    - Azərbaycan Respublikasının
      Mədəniyyəti və Turizm Naziri
      Ə. M. Qarayevin çıxışı

    - Qədim Musiqi Alətləri Ansamblının
      10 illik yubileyi







    UNESCO-nun Moskvadakı bürosu
     
    sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
    « Digital Age »


    Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

    Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
    Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.