az | ru | en

4 sentyabr 2013
Həsən Abasquliyev – 75


4 sentyabr 2013-cü il tarixində saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti Həsən Abasquliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra tədbirin aparıcısı Təranə Qurbanova Həsən Abasquliyevin həyat və yaradıcılığından danışmışdır. Onun çıxışı slayd-şou və video görüntülərlə müşayiət olunmuşdır.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Rafiq Seyidzadə, Cavan Zeynallı, Həsən Abasquliyevin yaratdığı “Arena” caz orkestrinin (2000) solisti Teymur Abdullayev, musiqiçilərdən Fuad Cəfər, Etibar Ərdəbili və Həsən Abasquliyevin nəvəsi Cavid Vəlizadənin ifalarında musiqi nömrələri təqdim edilmişdir. Bəstəkarı yubileyi münasibətilə təbrik etmək üçün Azad Quliyev, Sevinc Heydərova, Arif Əliyev çıxış etmişlər. Həsən Abasquliyev muzeyə Üzeyir Hacıbəylinin portretini, disklər, fotoşəkillər hədiyyə etmiş, muzeyin direktoru Alla Bayramova bəstəkara “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabını təqdim etmişdir.
Tədbirin qonaqları bəstəkarın ailə üzvləri, sənət dostları, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.