az | ru | en

10 - 17 avqust 2013
İCOM-un XXIII Baş konfrans


2013-cü ilin 10-17 avqust tarixlərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycandan müxtəlif muzeylərin əməkdaşları ilə birlikdə Braziliyanın Rio-De-Janeyro şəhərində keçirilmiş İCOM-un XXIII Baş konfransında iştirak etmişdir. O, Baş konfransın ümumi işindən başqa ayrı-ayrı komitələrin sessiyalarında – Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsi (ICLM) və Şəhər Muzeylərinin Komitəsinin (CAMOC) işində iştirak etmişdir. Konfransın mövzusu “Ədəbiyyatda və incəsənətdə şəhər” adlanırdı. Alla Bayramovanın çıxışının mövzusu - “Bakı şəhəri musiqiçilərin və ədəbiyyatçıların yaradıcılıqlarında və xatirələrində” əvvəlcədən proqrama salınmış və tezisləri çap olunmuşdu. O, 14 avqust 2013-cü il tarixində bu mövzuda çıxış etmişdir. Onun çıxışı zəngin muzey kolleksiyaları əsasında hazırlanmış slayd-şou, video və musiqi ilə müşayiət olunmuş və böyük maraq cəlb etmişdir.
Alla Bayramova Musiqi Alətləri və Kolleksiyaları Beynəlxalq Komitəsinin (CİMCİM) üzvüdür. Bu komitə Rio-De Janeyroda toplaşmamışdır, çünki iyul ayında İngiltərənin Oksford şəhərində toplaşmışdır. Alla Bayramova baxmayaraq ki, oraya getməmişdir, onu bu komitənin idarə heyətinə seçiblər.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.