az | ru | en

7 avqust 2013
“Arşın mal alan” müxtəlif təfsirlərdə


Bu il Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyi qeyd olunur. Bu münasibətlə 7 avqust 2013 – cü il tarixdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda növbəti tədbir “Arşın mal alan” müxtəlif təfsirlərdə” mövzusuna həsr olunmuşdur. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın giriş sözündən sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Arşın mal alan” musiqili komediyası , müxtəlif illərdə müxtəlif ölkələrdə çəkilmiş “Arşın mal alan” kinofilmləri haqqında, Niyazinin bu filmlərdən ən uğurlu variantındakı musiqi tərtibatı haqqında ətraflı məlumat vermişdir.
Daha sonra bu filmlərdən fraqmentlər təqdim edilmiş, muzeyin fondlarında saxlanılan materiallardan ibarət slayd-şou nümayiş olunmuşdur. Gənc pianoçu, VI Qəbələ Musiqi festivalının iştirakçısı Nazxanım Dadaşovanın ifası tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Tədbirdə Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, musiqi ictimaiyyəti, muzey əməkdaşları, KİV nümayəndələri iştirak etmişdir.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.