az | ru | en

3 iyul 2013
Bəstəkar Rauf Əliyev ilə görüş


2013-cü il iyulun 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda keçirilən növbəti tədbir respublikanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Rauf Əliyevin yaradıcılığına həsr olunmuşdur. Tədbir muzeyin filialı olan Niyazinin mənzil muzeyində keçirilmişdir. Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış etmişdir. Sonra Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov iştirakçıları salamladı. Tədbirin aparıcısı, musiqişünas Xatirə Həsənzadə bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, müxtəlif janrlarda əsərlər yazmışdır. Simfoniyaları, konsertləri, xor və kamera əsərləri, mahnıları, kino musiqisi geniş ictimaiyyətə yaxşı tanışdır. Rauf Əliyev 30-a yaxın kinofilmlərə bir-birindən maraqlı musiqilər bəstələmişdir (“Vahimə, “Qara Volqa”, “Biz qayıdacağıq” və sairə). Bəstəkar uzun illərdir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş musiqi redaktorudur.
Bundan sonra müəllifin simfonik əsərlərindən, kino musiqisindən ibarət video fraqmentlər təqdim edilmişdir. Rauf Əliyev iştirakçıların suallarına ətraflı cavab verdi və yaradıcılıq planlarından danışdı.
Tədbirdə bəstəkarın sənət dostu, kinorejisor Nicat Feyzullayev, müsiqişünaslar, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, musiqi ictimaiyyəti, KİV-nin nümayəndələri iştirak etmişlər.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.