az | ru | en

18 may 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər Gecəsi” aksiyası çərçivəsində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilmiş tədbir


18 may 2013-cü il tarixində saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər gecəsi” aksiyası çərçivəsində 18 may – Beynəlxalq Muzeylər günü münasibətilə tədbir keçirilmişdir.
Həmin tarixdə muzeydə Açıq Qapı günü elan edilmişdir.
Tədbir “Muzey: Yaddaş+kreativlik =sosial dəyişikliklər“ devizi altında keçirilmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı, muzeyin əməkdaşı Şanə Vəlizadəyə verilmişdir. Onların çıxışları muzey materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdır.

Proqramda təqdim edilmişdir :
1.YADDAŞ. Məhsəti Gəncəvi - 900.
Məhsəti Gəncəvinin rübailəri əsasında muğam. İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı, solist - əməkdar artist Nuriyyə Hüseynova
2. KREATİVLİK.
Duet çəng + gitara (muzeyin Qədim Musiqi Alətləri Ansamblının musiqiçisi Fəzilə Rəhimova və Samir Fərəcov)
3. SOSİAL DƏYİŞİKLİKLƏR.
Muzeyin Klassik Musiqi Həvəskarları Klubunun 5 illik yubileyi: “Niyazi arxivinin illüstrasiyalı kataloqu”nun təqdimatı. Bakı Musiqi Akademiyasının müəllimi, pianoçu, əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyova Niyazinin əsərini ifa etmişdir. Bakı Musiqi Kollecinin məzunu Abbas Abdullazadə F. Şopenin “Ballada” və Bakı Musiqi Kollecinin tələbəsi Aysel Həsənzadə Radion Şedrinin “Konsert “ əsərlərini ifa etmişlər.
Etnocaz (muğam–caz). Bakı Musiqi Akademiyasının tələbəsi Fərdin Məmmədli caz kompozisiyaları ifa etmişdir.
Tədbirdən sonra iştirakçılar üçün interaktiv ekskursiya aparılmış və karaoke ifa olunmuşdur.
Tədbirin qonaqları Azərbaycan Dövlət İnşaat və Arxitektura İnstitutunun müəllim və tələbələri, Qərb Universitetinin, Bakı Musiqi Akademiyasının və Bakı Musiqi Kollecinin tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin və televiziyanın nümayəndələri olmuşlar.

Tədbirin proqramı

Xalq mahnısı “Gəl, bizə, yar”.
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı. Bədii rəhbər - xalq artisti Məcnun Kərim, konsertmeyster - əməkdar artist Munis Şərifov. Solist - əməkdar artist Nuriyyə Hüseynova
“Hüseynnamə”.
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı
Türk musiqisi.
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı
Duet: çəng və gitara.
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblının musiqiçisi Fəzilə Rəhimova və Samir Fərəcov
Niyazi “Etüd”.
İfa edir: Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova
Caz kompozisiyaları.
İfa edir: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Fərdin Məmmədli
F.List 10-cu etüd.
İfa edir: Bakı Musiqi Kollecinin məzunu Abbas Abdullazadə
Qara Qarayev “24 prelüd” 2-ci dəftər.
İfa edir: Bakı Musiqi Kollecinin məzunu Abbas Abdullazadə
F.Şopen “Ballada”.
İfa edir: Bakı Musiqi Kollecinin məzunu Abbas Abdullazadə
Radion Şedrin Konsert.
İfa edir: Bakı Musiqi Kollecinin tələbəsi Aysel Həsənzadə





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.