az | ru | en

7 may 2013
Heydər Əliyev - 90


7 may 2013-cü il tarixində saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Muzeyin foyesində muzey kolleksiyaları əsasında hazırlanmış “Ümummilli lider Heydər Əliyev və mədəniyyətimiz” adlı sərgi nümayiş olunmuşdur.
Tədbirin əvvəlində ulu öndər haqqında video çarx nümayiş olundu.
Muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova “Heydər Əliyev milli mədəniyyətimizin himayədarı” adlı məruzə ilə çıxış etmişdir. Onun çıxışı muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdır. Sonra söz tədbirin aparıcısı, muzeyin əməkdaşı Şanə Vəlizadəyə verilmişdir. Tədbirə dəvət olunmuş qonaqlardan – Səbail İcra hakimiyyətinin başçısının müavini Eldar Ağayev, xalq artisti, tarzən Ramiz Quliyev çıxış etdilər.
Tədbirdə Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət geniş konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin və televiziyanın nümayəndələri olmuşlar.

Tədbirin proqramı

1.Əbdürqadir Marağayi “Heydərnamə”.
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı.
2. Vasif Adıgözəlov “Qərənfil”.
İfa edir: xalq artisti Ramiz Quliyev. Müşayiət edir: Tural Qasımlı (fortepiano)
3.Üzeyir Hacıbəyli “Sevgili canan” romansı.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Azər Rzazadə. Müşayiət edir: Müşviq Quliyev (fortepiano)
4. Niyazi “Arzu”romansı.
İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova. Müşayiət edir: Tamara Xəlilova (fortepiano)
5. Tofiq Quliyev “Sənə də qalmaz” romansı.
İfa edir: Azər Rzazadə. Müşayiət edir: Müşviq Quliyev (fortepiano)
6. Azər Dadaşov “Həmdsəna”.
İfa edir: Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Arzu Hüseynova (fortepiano)
7. Xalq mahnısı “Sarı gəlin”.
İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasiyev. Müşayət edir: Nərminə Nağıyeva (fortepiano)
8. Cahangir Cahangirov “Alagöz”.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Ramil Qasımov və Tural Qasımlı (fortepiano)





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.