az | ru | en

6 fevral 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, publisist, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatları Laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin 95 illik yubiley tədbiri


6 fevral 2013-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, publisist, SSRİ xalq artisti, SSRİ dövlət Mukafatları laureatı, Azərbaycan Elmlər Alademiyasının akademiki Qara Qarayevin 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarovaya verilmişdir. Onun çıxışı muzeyin hazırladığı Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdır.
Muzey tamaşaçıları əvvəllər Azərbaycanda səslənməmiş Qara Qarayevin Peterburq teatrlarının dram tamaşalarına yazdığı musiqinin səhifələri ilə, həmçinin bu yaxınlarda muzeyə bəstəkarın ailəsi tərəfindən verilmiş Qara Qarayevin arxivindəki materialların bir hissəsindən təşkil edilmiş “Qara Qarayev“. Ailə portreti interyerdə” adlı sərgisi ilə tanış etmişdir.
Tədbirin qonaqları Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, Qara Qarayevin tələbələri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Sevda İbrahimova, əməkdar incəsənət xadimləri Cəlal Abbasov, Aydın Əzimov, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin və televiziyanın nümayəndələri olmuşlar.

Konsert proqramı

  1. Qara Qarayev. “Yeddi gözəl” baletindən Vals.
    İfa edir: Azərbaycan Dövlət Fortepiano Triosu. Əməkdar artist Töhfə Babayeva (skipka), Səbinə İbrahimova (violonçel), əməkdar artist Nərgiz Əliyarova (fortepiano)

  2. Qara Qarayev. “6 uşaq pyesi”.
    İfa edir: Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova

  3. Qara Qarayev. “Çılğın qaskoniyalı” müziklindən Roksananın ariyası.
    İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Respublikanın əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova. Müşayiət edir: Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova

  4. Qara Qarayev. “İldırımlı yollarla” baletindən rəqs.
    İfa edir: Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Rəşid Bəylərli. Müşaiyət edir: Beynəlxalq və Respublika müsabiqələr laureatı Aynur Abdullayeva (fortepiano)

  5. Qara Qarayev. “Yeddi gözəl” baletindən “Adajio”.
    İfa edir: Bülbül adına orta ixtisas musiqi” məktəbinin X sinif şagirdi, Respublika müsabiqəsi laureatı Xəyalə Quliyeva (valtorna)

  6. Qara Qarayev. “Tsarskoye selo heykəli”.
    İfa edir: Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq və Respublika müsabiqələr laureatı Aynur Abdullyeva (fortepiano)

  7. Qara Qarayev. “İldırımlı yollarla” baletindən “Lay-lay”.
    İfa edir: Bülbül adına orta ixtisas musiqi şagirdi Rəhimə Qurbanova (fortepiano)

  8. Aydın Əzimov. 4 prelüd.
    İfa edir: Zakir Əsədov (fortepiano)






Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.