az | ru | en

5 dekabr 2012
Şövkət Ələkbərova - 90


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 5 dekabr 2012-ci il tarixində saat 15:00-da Azərbaycanın xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir dirijor və bəstəkar Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə xalq artisti Şövkət Ələkbərovanın ifasında görkəmli “Qaragilə” xalq mahnısının video görüntüləri ilə başlamışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Təranə Zeynalova Şövkət Ələkbərovanın yaradıcılığı haqqında danışmışdır. Sonra yazıçı-publisist Mustafa Çəmənli, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, xalq artisti Adil Bağırov, kamança ifaçısı Arzu Səlimova, Tofiq Quliyev adına 12 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova və başqaları çıxış etmişlər. Tədbirdə Şövkət Ələkbərovanın ifasında lent yazıları nümayiş etdirilmiş, sənətkarın yaradıcılığını əks etdirən muzeyin materiallarından və onun tələbəsi əməkdar artist Aybəniz Haşımovanın təqdim etdiyi materiallardan ibarət slayd-şou təqdim edilmişdir. Tədbirdə Şövkət Ələkbərovanın tələbələri əməkdar artistlər Nuriyyə Hüseynova, Aybəniz Haşımova öz xatirələrini danışmışlar və müğəninin repertuarından (Aybəniz Haşımova öz yetirmələri ilə) mahnılar ifa etmişlər.
Tədbirin qonaqları Bakı muzeylərinin nümayəndələri,Milli Konservatoriyanın, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimləri və şagirdləri, KİV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.