az | ru | en

28 noyabr 2012
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Fikrət Əmirovun 90 illiyinə həsr olunmuş tədbir


Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova açdı. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Kollecinin direktoru, professor, əməkdar incəsənət xadimi Nazim Kazımov və musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinova çıxış etmişlər. Tədbirdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin materiallarından ibarət slayd-şou nümayiş olunmuşdur. Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, Bakı muzeylərinin nümayəndələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimləri, tələbə və şagirdləri, KİV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşlar.

Bəstəkarın əsərlərindən ibarət konsert proqramı

1. “Sevil”operasından Sevilin ariyası. İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva. Müşayiət edir: Roza Məmmədova
2. “Sevil”operasından Balaşın ariyası. İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Süleyman Süleymanov. Müşayiət edir : Roza Məmmədova
3. Skripka və fortepiano üçün “Muğam poeması”. İfa edir: Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasova (skripka). Müşayiət edir: Tofiq Şıxıyev
4. “Bulaq başında”. İfa edir: Anar Məmmədov (klarnet)
5. “Adajio”. İfa edir: Anar Məmmədov (klarnet). Müşayiət edir: Gülər Ağayeva
6. “Aşıqsayağı”. İfa edir: Vəli Budaqov (klarnet). Müşayiət edir: Gülər Ağayeva
7. Violonçel və fortepiano üçün Monoloq. İfa edir: əməkdar artist Aleksey Miltıx (violonçel). Müşayiət edir: Səidə Tağızadə
8. “Elegiya”. Asəf Zeynallının xatirəsinə. İfa edir:Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Murad İbrahimov. Müşayiət edir: Ayla Əmirxanova
9. “Azərbaycan elləri” romansı. İfa edir: İlahə Əfəndiyevaş Müşayiət edir: Roza Məmmədova
10. Fortepiano üçün variasiyalar. İfa edir: Bülbül adına orta ixtisas musiqi məktəbinin X şagirdi Sadıqbəyli Tamilla
11. “Məhəbbət rəqsi“. İfa edir: MTN-nin musiqi məktəbinin XI sinif şagirdi Eminbəyli Pəri (s-ka). Müşayiət edir: Mirbabayeva Kəmalə
12. “Min bir gecə” baletindən rəqs. İfa edir: Bakı Musiqi Kollecinin III kurs tələbəsi, Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçılrın müsabiqəsinin laureatı Sübhan Köçərlinski (qarmon). Müşayiət edir: IV kurs tələbəsi Aysel Rzayeva





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.