az | ru | en

7 noyabr 2012
“Hacıbəyovların musiqi dünyası”


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun dünya şöhrətli dirijor və bəstəkar, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı Laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyovun) anadan olmasının 100 illiyinə həsr olunmuş “Hacıbəyovların musiqi dünyası” adlı tədbiri keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov çıxış etmişdir. Hacıbəyovların yaradıcılığı haqqında Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova danışmış və tamaşaçılara özünün, əməkdar artist Gülnaz İsmayılova və Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramını təqdim etmişdir.
Tədbirin qonaqları Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri olmuşlar.

Konsertdə aşagıdıkı əsərlər səslənmişdir:

1. Niyazi. “Skertso“. İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Arzu Hüseynova (Ülviyyə Hacıbəyovanın sinfi).
2. Niyazi. “Prelüd”. İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Nəzrin Cəlilova (Ülviyyə Hacıbəyovanın sinfi).
3. Nazim Əliverdibəyov. “Bayatı-Şiraz”. İfa edir: Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova.
4. Üzeyir Hacıbəyli. “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası. İfa edir: Əməkdar artist Gülnaz İsmayılova. Müşayiət edir: Ülviyyə Hacıbəyova.
5. Niyazi. “Etüd”. İfa edir: Ülviyyə Hacıbəyova.
6. Müslüm Maqomayev. “Nərgiz” operasından Nərgizin mahnısı. İfa edir: Əməkdar artist Gülnaz İsmayılova. Müşayiət edir: Ülviyyə Hacıbəyova.
7. Fərhad Bədəlbəyli. “Şuşa”. İfa edir: Əməkdar artist Gülnaz İsmayılova. Müşayiət edir: Ülviyyə Hacıbəyova.
8. Soltan Hacıbəyov. “Adajio”. İfa edir: Ülviyyə Hacıbəyova.
9. Niyazi. “Arzu” romansı. İfa edir: Əməkdar artist Gülnaz İsmayılova. Müşayiət edir: Ülviyyə Hacıbəyova.




Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.