az | ru | en

1 - 5 oktyabr 2012
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Rusiyanın musiqi muzeyləri ilə əməkdaşlığı


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova 1-5 oktyabr 2012-ci il tarixlərində Moskva şəhərində M.İ.Qlinka adına Ümumrusiya Musiqi Muzeyləri Birliyinin 100 illiyinə həsr olunmuş “Müasir cəmiyyətdə musiqi irsi” beynəlxalq elmi-praktik konfrans və “Muzeylər paradı”nda iştirak etmək və görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 100 illik yubileyinin Moskvada Y.F.Qnesinanın Memorial Mənzil Muzeyində keçirilməsi və sərginin təşkili məqsədilə göstərilən tarixlərdə Moskva şəhərində ezamiyyətdə olmuşdur.
O, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Muzeyləri Birliyinin Prokofyev zalında “Muzeylər paradı”nda iştirak edərək Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təqdimatını keçirtmişdir. Həmin günü Beynəlxalq Musiqi Günü və M.İ.Qlinka adına Ümumrusiya Musiqi Muzeyləri Birliyinin 100 illiyinə həsr olunmuş axşamda musiqi təbrikləri olmuş, konsert keçirilmişdir. Konsert proqramında Azərbaycan Respublikası Prezidentinin təqaüdçüləri, Beynəlxalq müsabiqələr laureatları - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Mərkəzi Musiqi məktəbinin şagirdi, pianoçu Nazxanım Dadaşova və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi, skripkaçı Anar Seyidov çıxış etmişlər. Alla Bayramovanın xahişi ilə Abxaziyadan Luka Qadeliya Niyazinin “Almaz” kinofilminə yazdığı musiqinin notları əsasında özünün hazırladığı orqan üçün işləməsini ifa etmişdir.
Alla Bayramova 3 oktyabr 2012-ci il tarixində Çaykovski Evində (Çaykovski və Moskva muzeyində) “Rusiya mədəniyyətinin səhifələri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” adlı məruzə ilə konfransda çıxış etmişdir.




xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.