az | ru | en

22 avqust 2012
Dünya şöhrətli dirijor və bəstəkar Niyazinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir


22 avqust 2012-ci il tarixində, saat 16 : 00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində dünya şöhrətli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyovun) anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı muzeyin əməkdaşı Xanım Abdinovaya verilmişdi. O, bəstəkarın həyat və yaradıcılıgı haqqında danışmışdir. Dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, xalq artistləri Canəli Əkbərov, Xuraman Qasımova Niyazi haqıında xatirələrini söylədilər. Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova, respublikanın əməkdar artisti, pianoçu Rəna Rzayeva, Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin müəllim və tələbələrinin ifalarında bəstəkarın əsərləri səslənmişdir. Bəstəkar Azər Dadaşov Niyazinin xatirəsinə kompozisiya ifa etmişdir. Tədbirdə həmçinin Niyaziyə ithaf edilən şeirlər səslənmişdir.
Tədbirin qonaqları musiqişünaslar Zemfira Qafarova, Nərgiz Şəfiyeva, xalq artistləri Yeganə Axundova, Murad Hüseynov, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KIV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşlar.

TƏDBİRİN KONSERT PROQRAMI

  • “Arzu” romansı
    İfa edir: Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova

  • “Vətən nəğməsi”
    İfa edir: Opera və Balet Teatrının solisti, Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı, İtalyanın Pezaro şəhərinin Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə. Müşayət edir : Müşviq Quliyev

  • “Lay-lay”
    İfa edir: Bakı Musiqi Kollecinin II kurs tələbəsi İbrahimli Samirə, konsertmeyster – Bakı Musiqi Akademiyasının müəllimi Nuranə Qurbanova

  • “Marş”
    İfa edir: Ansambl - Məmmədova Qəmərxanım, Samirə İbrahimli, Pəri Elimbəyli

  • “Rast” simfonik muğamından fraqment
    İfa edir: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Qəmərxanım Məmmədova, konsermeyster – Bakı Musiqi Akademiyasının müəllimi Nuranə Qurbanova

  • “Çitra” baletinin II aktından Çitranın şənlik rəqsi (ilk ifa)
    İfa edir: Bakı Musiqi Akademiyasının Simli Çitranın kvarteti – Səid Məmmədov (I skripka), Süleyman Babakişizadə (II skripka), Üzeyir Mahmudbəyl (viola), əməkdar artist Eyyub Əliyev(violonçel), bədii rəhbər, professor Nəzmiyə Abbaszadə, işləyəni: BMA-nın dosenti Məleykə Əhədzadə

  • Azər Dadaşov Niyazinin xatirəsinə kompozisiya
    İfa edir: Müəllif

  • Aqşin Əlzadə Qəmli vals. Xatirə
    İfa edir: Respublikanın əməkdar artisti, pianoçu Rəna Rzayeva – premyera

  • C.Cavadov Pyesdən silsilə “Non Finito” Niyazinin xatirəsinə
    İfa edir: Respublikanın əməkdar artisti, pianoçu Rəna Rzayeva

  • Niyazi haqqında xatirələr
    İfa edir: Yazıçı, fəlsəfə elmlər namizədi Əminə Tuncay

  • Fəxrəddin Meydanlı Şeir. Niyaziyə ithaf
    İfa edir: Müəllif, Firdus Kərimzadə

  • Niyazi “Miracle” (Möcüzə)
    İfa edir: Respublikanın əməkdar artisti,pianoçu Rəna Rzayeva

  • Qara Qarayev. Sonatina
    İfa edir: Respublikanın əməkdar artisti,pianoçu Rəna Rzayeva

  • Qara Qarayev. “Tsarskoye selo heykəli”
    İfa edir: Respublikanın əməkdar artisti,pianoçu Rəna Rzayeva

  • Prelüd F-moll
    İfa edir: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Mədətova Rəbiyyə

  • Şeir. Niyaziyə ithaf
    İfa edir: Bakı Slavyan Universitetinin dosenti Fikriyə Muradova

  • Şeir. Niyaziyə ithaf
    İfa edir: Valentina Əfəndiyeva (rus dilində) (“Vışka”qəzeti nəzdində ədəbi birlik)

  • Şeir. Niyazinin xatirəsinə
    İfa edir: Zaur Mehdiyev




  • Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.