az | ru | en

1 avqust 2012
Görkəmli dirijor və bəstəkar Niyazinin xatirə gününə həsr olunmuş tədbir


1 avqust 2012-ci il tarixində saat 19:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı, Azərbaycan Dövlət mükafatı və Beynəlxalq Nehru mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu-Hacıbəyovun) xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov çıxış etdi. Muzeyin elmi işçisi Xanım Abdinova Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı danışdı. Onun çıxışı muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayət olundu. Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin “Adajio” və “Arzu” romansı səsləndi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Fəxrəddin Meydanlı Niyaziyə həsr etdiyi şerini söylədi. Həmçinin Maestronun dirijorluq etdiyi konsertlərin video görüntüləri və bəstəkarın musiqi yazdığı kinofilmlər nümayiş etdirildi.
Tədbirdə Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KIV-nin və televiziyanın nümayəndələri iştirak etmişlər.



xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.