az | ru | en

4 iyul 2012
Elnarə Dadaşova ilə görüş


4 iyul tarixində saat 18:00-da, Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda bəstəkar, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşova ilə görüş keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etdi. Sonra söz tədbirin aparıcısı musiqişünas Lalə Hüseynovaya verilmişdir. O, bəstəkarın həyat və yaradıcılıgı haqqında danışaraq sözü bəstəkar Elnarə Dadaşovaya vermişdir. Bəstəkarın çıxışı həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilmişdir. Elnarə Dadaşova tədbir iştirakçılarının suallarını cavablandırmışdır. Azərbaycan əməkdar artist Töhfə Babayeva, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri – Beynəlxalq müsabiqə laureatı Fəridə Məmmədova, Züleyxa Bayramova, Nigar Qəhrəmanova, Ləman Verdiyeva, Cəmilə Şəfiyeva və Səbinə İbrahimovanın ifalarında bəstəkarın əsərləri səslənmişdir.
Tədbirin qonaqları Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KIV-nin və televiziyanın nümayəndələri iştirak etmişlər.



xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.