az | ru | en

29 aprel 2012
Smitson İnstitutundan kolleqalar ilə görüş

29 aprel 2012-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ABŞ-nın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçığı ilə 22-30 aprel 2012-ci il tarixlərində Bakıda səfər olan Smitson İnstitutunun (Smitsonian Institution) muzeylər assosiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Asiya tarixi və mədəniyyəti proqramının direktoru və Asiya, Avropa, Orta Şərq etnologiya üzrə kuratoru, doktor Pol Teylor, Asiya tarixi və mədəniyyəti proqramının tədqiqatçıları Casper Vox-Qorbart, Cared Koller və Trevor Lumis və ABŞ-nın Azərbaycan Respublikasındakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sloan iştirak etmişlər.
Muzeyin direktoru Alla Bayramova qonaqlara Azərbaycan mədəniyyəti tarixi, muzeyin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Smitson İnstitutunun muzeylərin nümayəndələri Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları ilə təcrübə mübadiləsi aparmışlar.
Sonra muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifasında Əbdülqadir Marağainin (XIV əsr) “Naxışbəstə” və “Heydərnamə” əsərləri, muğam və Azərbaycan xalq mahnıları səslənmişdir.
A.Bayramova Azərbaycan musiqi mədəniyyəti və korifeyləri haqqında muzeyin buraxdığı diskləri və kitabları qonaqlara hədiyyə etmişdir.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.