az | ru | en

2 may 2012
Haydn – 280

Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyinin klassik musiqi həvəskarlari klubunda görkəmli Avstriya bəstəkari Frans Yozef Haydnin (1732-1809) anadan olmasinin 280 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarovaya verilmişdir. Onun çıxışı muzeyin hazırladığı F.Y. Haydnın həyat və yaradıcılığını əks etdirən slayd şou ilə müşayiət edilmişdir. Tədbirdə bəstəkarın əsərləri Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında səslənmişdir.
Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimləri, tələbə və şagirdləri, KİV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşlar.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.