az | ru | en

11 aprel 2012
“Skripka musiqisi axşami”

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun növbəti tədbirində muzeyin nəzdində Azərbaycan Respublikası Mədəniyyəti və Turizm Nazirliyi tərəfindən yaradılmış Musiqi Alətləri Dövlət Kolleksiyasından skripka musiqi aləti təqdim edilmiş istedadlı musiqiçilərin ifasında “Skripka musiqisi axşamı” keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi, Alla Bayramova çıxış etmişdir.
Tədbirdə Azərbaycan Dövlət Fortepiano Triosu Əməkdar artistlər Nərgiz Əliyarova, Töhfə Babayeva, Səbinə İbrahimova, L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Kənan Mailov, L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Kamran Ömərli, Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin VI sinif şagirdi, Prezident təqaüdçüsü Nərgiz Hüseynova, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin VIII sinif şagirdi, Prezident təqaüdçüsü Emin Hüseynov və başqaları konsert proqramı ilə çıxış etmişdir.
Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının müəllimləri, tələbələri, muzey əməkdaşları, KİV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşdur.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.