az | ru | en

28 mart 2012
Niyazinin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert

28 mart 2012-ci il tarixində saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, Beynəlxalq və Dövlət Mükafatı laureatı, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş Bakı şəhəri musiqi məktəbləri şagirdlərinin konserti keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Niyazi Mənzil Muzeyinin müdiri Rza Bayramov çıxış etmişdir. Sonra söz Niyazi adına 22 ¹-li musiqi məktəbinin direktoru Natiq Vəliyevə verildi.
Tədbirdə Bakı şəhəri 8, 15, 21, 22, 24, 35, 38 nömrəli musiqi məktəbləri şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.