az | ru | en

7 mart 2012
Sevda İbrahimova ilə görüş

7 mart 2012-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda bəstəkar, xalq artisti, professor Sevda İbrahimova ilə görüş keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov çıxış etmişdir. Söz tədbirin aparıcısı musiqişünas, əməkdar incəsənət xadimi Zemfira Qafarovaya verilmişdir. O, Sevda İbrahimovanın yaradıcılığı haqqında ətraflı danışmışdır. Sonra Bakı Musiqi Akademiyasının professorları-Həcər Babayeva, İmruz Əfəndiyeva çıxış etmişlər. Tədbirdə Sevda İbrahimovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının professor və müəllimləri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, muzey əməkdaşları, KİV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşdurlar.



xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.