az | ru | en

29 fevral 2012
Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat

29 fevral 2012-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunda “Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat” adlı tədbir keçirilmişdir.
Giriş sözü və “Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat” mövzusunda məruzə ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramovanın çıxışı. Onun çıxışı mövzu ilə əlaqədar slayd-şou ilə müşayiət olunmuşdur.
Qara Qarayevin ədəbi əsərlər əsasında yazdığı musiqidən nümunələr Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistləri Nərgiz Kərimova, Firuz Məmmədov, Azərbaycan Opera və Balet Teatrının solisti Elnur Qurbanov, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri ifasında səslənmişdir.
Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, musiqişünaslar, muzey əməkdaşları, KİV-nin və televiziyanın nümayəndələri və başqaları olunmuşdur.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.