az | ru | en

11 yanvar 2012
Nizami və musiqi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq respublikamızda, o cümlədən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində bir sıra işlər görülmüşdür.
Muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova Nizami Gəncəvinin əsərlərini araşdıraraq, “Nizami Gəncəvi və musiqi” haqqında məqalə yazmışdır. Bu mövzuda İtalyanın Kyaravalle şəhərində keçirilən Ədəbiyyat Muzeyləri Beynəlxalq Komitəsinin konfransında (ICLM) çıxış etmişdir. (26-28 sentyabr 2011-ci il )
Bundan başqa o, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Reqional Elmi Mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində “Nizami Gəncəvi-870” Beynəlxalq elmi-praktik konfransının hazırlıq işləri ilə əlaqədar Gəncə şəhərində keçirilən (1-2 noyabr 2011-ci il ) tədbirdə “Nizami Gəncəvinin “Xəmsə”sində musiqi məsələlərinin əks olunmasının xüsusiyyətləri” haqqında məruzə ilə çıxış etmişdir.
11 yanvar 2012-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları Klubunda keçirilmiş “Nizami və musiqi” adlı tədbir görülən işlərin davamıdır.
Tədbirdə muzeyin direktoru Alla Bayramova “Nizami Gəncəvinin “Xəmsə”sində musiqi məsələlərinin əks olunmasının xüsusiyyətləri” haqqında mövzusunda çıxış etmiş, onun çıxışı muzeyin zəngin kolleksiyası əsasında tərtib edilmiş slayd-şou ilə müşayiət olunmuş, Qara Qarayevin “Yeddi gözəl” baletinin musiqisindən fraqmentlər səslənmişdir. Sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Nizami obrazları xalça sənətində” məruzə ilə çıxış etmişdir. Bu mövzuda video çarx nümayiş etdirilmişdir.
Nizami Gəncəvinin sözlərinə Azərbaycan bəstəkarlarının yazdıqları əsərlərdən nümunələr - Qara Qarayevin “Yeddi gözəl” baletindən “Adajio” Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın, Ceyhun Allahverdiyevin “Nədəndir”, “Dilbər” romansları Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Afaq Abbasovanın ifalarında səslənmişdir. Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, musiqişünaslar, muzey əməkdaşları, Bakıdakı rus icmasının, KİV-nin və televiziyanın nümayəndələri iştirak etmişlər.



xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.