az | ru | en

16 dekabr 2011
Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir

Görkəmli pianoçu, bəstəkar, caz-muğam janrının banisi Azərbaycanın əməkdar artisti və əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir 16 dekabr 2011-ci il tarixində saat 16-da Azərbaycan Musiqi Mədəniyyət filialı olan Vaqif Mustafazadənin mənzil muzeyində təşkil edilmişdir.
Giriş sözü ilə tədbirdə filialın müdiri, V.Mustafazadə Fondunun sədri Afaq Əliyeva çıxış etdi.
Tədbirdə Vaqif Mustafazadənin, Faiq Sücəddinovun, Emin Sabitoğlunun və xalq musiqilərimizlə yanaşı, xarici bəstəkarlardan da Ş.Debüssinin əsərləri ifa olundu. Musiqi nömrələrini isə Faiq Sücəddinov, Vaqif Mustafazadənin yaxın dostu Alik Nazarov, caz ifaçısı Emil Məmmədov və Kökəb Səfərəliyeva adına 16 nöm.musiqi məktəbinin şagirdi Heydər Məmmədov təqdim etdilər.
Tədbirin qonaqları sırasında musiqiçilər Rafiq Seyidzadə, Natavan Şeyxova, Faiq Sücəddinov, Eyyub Yaqubov, Vaqif Mustafazadənin ailə üzvləri, mətbuat və televiziya nümayəndələri iştirak etdilər.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.