az | ru | en

24 noyabr 2011
Fransız dirijoru və bəstəkarı Loran Pötijirarla görüş

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində 24 noyabr 2011-ci il tarixdə görkəmli fransız dirijoru və bəstəkarı Loran Pötijirarla (Laurent Petitgirard) ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı. Sonra söz tanınmış fransız dirijoru və bəstəkarı Loran Pötijirara verdi. Loran PPötijirar öz yaradıcılığı haqqında tədbirə gələnlərə ətraflı məlumat verdi. Tədbirdə bəstəkarın opera əsərlərindən ariyalar video görüntülərlə səsləndirildi.
Tədbiri sonunda Loran Pötijirar əsərlərinin partituralarını, klavirlərini və CD-ni muzeyə hədiyyə etdi.
Muzeyin direktoru Alla Bayramova muzeyin“Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabını, Niyazinin fortepiano pyeslərinin not kitabını Loran Pötijirara hədiyyə etdi.
Tədbirdə muzeyin əməkaşları, bəstəkarlardan Elnarə Dadaşova, Rüfət Xəlilov, Məmmədağa Umudov, pianoçu Murad Hüseynov və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.