az | ru | en

25 fevral 2015
Xocalı soyqırımının 23-cü ildönümü


25 fevral 2015-ci il tarixində saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdir. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış etmişdirdir. Onun çıxışı Xocalı soyqırımını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirdə Firəngiz Əlizadənin Xocalı soyqırımına həsr edilmiş “İntizar” operasından videofraqmentlər nümayiş edilmişdir. Sonra Azərbaycan Milli Konservatoriyasının tərkibində musiqi kollecinin müəllimi Rəhimağa Mirzəyev və tələbələri İntizam Qasımov, Samir Əzimov, Orxan Rüstəmov, Ağamməd Tarıverdiyevin ifalarında musiqi proqramı, Gülnarə Hacıyeva və Rəfiqə Hüseynovanın ifalarında Xocalıya həsr olunmuş seirlər ifa olunmuşdur. Sonda tədbir Xocalı hadisələrini əks etdirən “Qar qırmızı Xocalı” sənədli filminin nümayişi ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi kollecinin müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.




Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.