az | ru | en

22 yanvar 2014
Şəfiqə Axundova – 91


22 yanvar 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının 91-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Tədbir Azərbaycan Televiziyası və radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq-çalğı alətləri ansamblı və solistləri: Orxan Hüseynli, Günay İmamverdiyeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevanın ifalarında Şəfiqə Axundovanın mahnılarındaan ibarət konsert proqramı ilə davam etmişdir. Bütün çıxışlar Şəfiqə Axundovanın həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Respublika Veteranlar Şurasının nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.