az | ru | en

16 dekabr 2014
Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir


16 dekabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyət filialı olan Vaqif Mustafazadənin ev-muzeyində görkəmli pianoçu, bəstəkar, caz-muğamın banisi Azərbaycanın əməkdar artisti və əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı. Sonra filialın müdiri, V.Mustafazadə adına Xeyriyyə Fondunun sədri Afaq Əliyeva çıxış etdi. Musiqişünas və tədqiqatcı Turan Məmmədəliyeva çıxış etdi. O, Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında danışmışdır. Qonaqların arasında tanınmış musiqiçilər, incəsənət xadimləri və BMA-nın tələbələri var idi. Tədbirdə gözəl əsərlər ifa olunub. Gənc bəstəkar, pianoçu Etibar Əsədli V.Mustafazadənin əsərlərini ifa edib. BMA-nın 3–cü kurs tələbəsi Etibar Ərdəbilli "Düşüncə" ,"Mart", "Gəlmədi", Asəf Zeynallı adına musiqi kollecinin 2-ci kurs tələbəsi Quliyeva Nigar "Mart" əsərlərini çox böyük məharətlə ifa etdilər.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, məşhur caz musiqiçiləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.