az | ru | en

12 dekabr 2014
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir


12 dekabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova "Milli mədəniyyətimizin himayədarı" mövzusunda çıxış etmişdir.
Daha sonra ulu Öndərimizin şərəfli ömür yoluna həsr olunmuş, bəstəkar Vasif Allahverdiyevin "Heydər Əliyev - ömür yolu" simfonik poeması əsasında rejissor Nazim Əkbərovun çəkdiyi filmin nümayişi olmuşdur (İdeya müəllifi və baş məsləhətçi - millət vəkili Fəttah Heydərov, dirijor - xalq artisti Rauf Abdullayev).





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.