az | ru | en

4 dekabr 2014
İsmayıl Hacıbəyov - 65


4 dekabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli bəstəkar, əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ismayil Hacıbəyovun ömür-gün yoldaşı, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova açmış, bəstəkar haqqında xatirələrini tədbir iştirakçılarına söyləmişdir.
Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir. Bütün çıxışlar İsmayıl Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən muzey materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları klubunun üzvləri, KİV nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.