az | ru | en

3 dekabr 2014
Soltan (1919-1974) və Osman (1924-1979) Hacıbəyov qardaşlarının yubileylərinə həsr olunmuş konsert


3 dekabr 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Soltan və Osman Hacıbəyov qardaşlarının yubileylərinə həsr olunmuş konsert keçirilmişdir.
Tədbiri giriş sözü ilə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova açmışdır. Sonra tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış etmişdir. Tədbir Azərbaycan Respublikasının Əməkdar artistləri Aleksey Miltıx (violonçel), Fərid Əliyev (vokal), Səidə Tağızadə (f-no), Beynəlxalq müsabiqə laureatları Əli Məmmədov (f-no),Vurğun Vəkilov (f-no), Osman Eyyublu (skripka), Tofiq Şıxıyevin (f-no) ifalarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.






xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.