az | ru | en

5 noyabr 2014
Qərbi Avropa musiqisi axşamı


5 noyabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Qərbi Avropa musiqisi axşamı keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova "Azərbaycan səhnəsində Qərbi Avropa musiqisi səhifələri" mövzusunda çıxış etmişdir.
Tədbir Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva (f-no), Bakı Musiqi Akademiyasının vokal konsertmeysteri Rəna Əliyeva (vokal), müəllimi Yelena Boqayevskaya (f-no), Prezident təqaüdçüsü, Beynəlxalq Müsabiqələr laureatı və Vokalçıların M.Maqomayev adına III müsabiqəsinin laureatı (18-19 oktyabr 2014-cü il) Aytac Şıxəlizadə (vokal), Respublika Müsabiqəsi laureatı Aydan Quliyeva (vokal), Nərgiz Ağayeva, Ülviyyə Əliyeva (f-no), L. və M. Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin şagirdləri Teymur Əliyev, Əlövsət Bəşirzadənin (skripka), ifalarında A.Vivaldi, F.Şopen, C.Puççini, C.Meyerberin, Q.Fore, F.Şubert, C.Kaççini, A.Stradellanın əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, klubun üzvləri, KİV nümayəndələri və başqaları olmuşlar.
Konsert proqramı


A.Vivaldi. "Qədim ariya"
İfa edir: Prezident təqaüdçüsü, Beynəlxalq Müsabiqələr laureatı Aytac Şıxəlizadə. Müşayiət edir: Nərgiz Ağayeva

A.Vivaldi. "İlin fəsilləri - Bahar"
Ifa edir: M.Rastropoviç ad. 21 ¹ li musiqi məktəbinin X sinif şagirdi Teymur Əliyev (skripka). Müşayiət edir: BMA-nın professoru Leyla Məmmədəliyeva

C.Puççini Laurettanın ariyası.
İfa edir: Respublika Müsabiqəsi laureatı Aydan Quliyeva. Müşayiət edir: Ülviyyə Əliyeva

F.Şopen. "Noktürn".
İfa edir: BMA-nın professoru Leyla Məmmədəliyeva (f-no)

A.Vivaldi. "İlin fəsilləri -Yay". Qasırğa
İfa edir:L. və M. Rostropoviçlər ad. 21¹ li musiqi məktəbinin X sinif şagirdi Əlövsət Bəşirzadə (skripka). Müşayiət edir: BMA-nın professoru Leyla Məmmədəliyeva

C.Meyerber. "Quqenotlar" operasından Pajın kavatinası
İfa edir: Aydan Quliyeva. Müşayiət edir: Ülviyyə Əliyeva

A.Stradella. "Pieta, Signore" ariyası
İfa edirlər: BMA-nın vokal konsertmeyteri Rəna Əliyeva, müəllimi Yelena Boqayevskaya

F.Şubert. Op.52, No.6 "Ave Mariya"
İfa edirlər: Rəna Əliyeva (vokal), Yelena Boqayevskaya (f-no)

C.Kaççini. "Ave Mariya"
İfa edirlər: Rəna Əliyeva (vokal), Yelena Boqayevskaya (f-no)

10.Q.Fore. "Oyanış" (Probujdeniye)
İfa edir: Yelena Boqayevskaya (f-no)






xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.