az | ru | en

1 oktyabr 2014
Keçəçioğlu Məhəmməd – 150


1 oktyabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru ,əməkdar mədəniyyət işçisi Alla Bayramova cıxış etmişdir.Sonra söz tədbirin aparıcısı, xalq çalğı alətləri daimi sərgisinin müdiri Təranə Zeynalovaya verilmişdir. O, Keçəçioglu Məhəmmədin yaradıcılığı haqqında çıxış etmişdir.
Tədbirdə xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev və başqaları cıxış etmişlər. Daha sonra muzeyin Qədim Musiqi Alətləri Ansamblının solistləri əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti İlkin Əhmədov, xanəndələr Babək Niftəliyev, Nazir Əsədov, gənc xanəndə Abgül Mirzəəliyev konsert proqramı ilə çıxış etmişlər.

Konsertin proqramı

Xalq mahnı. İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Teyyub Aslanov. Bədii rəhbər və konsertmeyster, Azərbaycan Respublikasının əməkdar artisti Munis Şərifov

Xalq mahnı. İfa edir: Qədim Musiqi Alətləri Ansamblının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova. Bədii rəhbər və konsertmeyster, Azərbaycan Respublikasının əməkdar artisti Munis Şərifov

“Uca dağlar” xalq mahnısı. İfa edir: Babək Niftəliyev. Müşaiyət edir: Ayaz İmranoğlu (tar), Elnur Mikaylov (kamança)

“Şuşanın dağları” xalq mahnısı. İfa edir: İlkin Əhmədov. Müşaiyət edir: Rəşad İbrahimli (tar), Təbriz Usubov (kamança)

Xalq mahnı. İfa edir: Nazir Əsədov. Müşaiyət edir: Ruslan Zərbəliyev (tar), Şəhriyar Musayev (kamança)

Xalq mahnı. İfa edir: Abgül Mirzəliyev. Müşaiyət edir: Rəşad İbrahimli (tar), Təbriz Usubov (kamança)






Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.