az | ru | en

19 sentyabr 2014
Niyazinin mənzil muzeyinin açılışının 20 illiyi


19 sentyabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyinin açılışının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ümumilli lider Heydər Əliyevin 18 sentyabr 1994-cü il tarixində muzeyin açılışındakı çıxışını əks etdirən videogörüntülər ilə başlamışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarını salamladıqdan sonra Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov çıxış edərək muzeyin yaranma tarixi, görülən işlər, əldə olunan yeni materiallar, yeni nəşrlər haqqında məlumat vermişdir. Daha sonra tədbirin qonaqları - xalq artisti, tarzən Ramiz Quliyev, xalq artisti Canəli Əkbərov, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Azər Dadaşov təbrik çıxışları ilə öz ürək sözlərini bildirmişlər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparat rəhbəri Mirzə Əlibəyov muzey əməkdaşlarını təbrik edərək pul mükafatları təqdim etdi. Rəssam Cəmilə Cavadova çəkdiyi Niyazinin portretini muzeyə hədiyyə etdi. Tədbirdə bütün çıxışlar muzeyin 20 illik fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Muzeyin foyesində "Muzeyin tarixindən" adlı fotosərgi nümayiş olunmuşdur.
Tədbir Üzeyir Hacıbəyli, Niyazi, Musa Mirzəyevin əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir. Konsertdə Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacəbəyova (f-no), Azərbaycan Opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova (vokal), Azərbaycan Televiziyası və Radiosunun solistləri Aynur İsgəndərli, Aytac Şıxəlizadə, Şaban Cəfərov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, BMA-nın dosenti, Beynəlxalq Müsabiqələr laureatı Məleykə Əhədzadənin tələbələri Beynəlxalq Müsabiqə laureatı Pəri Elimbəyli (skripka), Murad Kərimov (skripka), Cahid Məcidov (alt), Əsmər Kərimli (violonçel) iştirak etmişlər.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, Bakı Musiqi Kolleci, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.