az | ru | en

16 sentyabr 2014
"Azərbaycan musiqi mədəniyyəti korifeylərinin gəncliyi"


16 sentyabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Musiqi Bayramı münasibətilə "Azərbaycan musiqi mədəniyyəti korifeylərinin gəncliyi" adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva mövzu üzrə çıxış etmiş, onun çıxışı muzey materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət edilmişdir. Tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, musiqişünas, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış etmişdir.
Tədbirdə Balakən rayonundan muzeyə tənbur (Balakən damburu) musiqi aləti hədiyyə edilmişdir. Yazıçı-publisist Tahirə Sultan, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə çıxış etmiş, Balakən rayonundan gəlmiş tənbur ifaçıları – İbadulla Qarayev və Yetim Ərəbiddin maraqlı musiqi nömrəsi təqdim etmişlər.
Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın "Nizami Gəncəvinin poemaları incəsənətin qarşılıqlı inikası kontekstində" adlı kitabının təqdimatı keçirilmişdir. Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Abdulla Şaiq mənzil muzeyinin direktoru Ülkər Talıbzadə, Bakı Slavyan Universitetinin dosenti Mübariz Məmmədli çıxış etmişlər.
Tədbirdə bəstəkarlardan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin əsərlərindən ibarət konsert proqramı ilə Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no), Azərbaycan Respublikasının əməkdar artisti Səidə Şərifəliyeva (vokal), Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadə (f-no), muzeyin Qədim Musiqi Alətləri Ansamblı və solistləri əməkdar artistlər Teyyub Aslanov və Nuriyyə Hüseynova çıxış etmişlər.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının, BMA-nın, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.








Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.