az | ru | en

3 sentyabr 2014
18 sentyabr - milli musiqi günü çərçivəsində gənc istedadların konserti


3 Sentyabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Milli Musiqi Günü çərçivəsində Gənc istedadların konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra şöbə müdiri Xanım Abdinova çıxış edərək, mütəmadi olaraq muzeydə keçirilən gənc istedadlarla görüşlər, musiqili gecələr, konsertlər barədə məlumat vermiş, bu dəfəki tədbirin 18 sentyabr-Milli Musiqi Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçiriləcək silsilə tədbirlər sırasından birincisi olaraq Gənc istedadların konserti ilə başladığını qeyd etmişdir.
Konsertdə gənc ifaçılar, Prezident təqaüdçüləri və Beynəlxalq Müsabiqələr Laureatları Vurğun Vəkilov (f-no), Ceyla Seyidova (skripka), Beynəlxalq Müsabiqələr Laureatı Seyidxanım Babayeva (f-no), Respublika Vokal Müsabiqəsi Laureatları Dilarə Əliyeva, Aydan Quliyeva, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Rauf Babayev, Qətibə Mehdiyevanın ifalarında Azərbaycan və klassik Avropa bəstəkarlarının əsərləri səslənmişdir. Gənc ifaçıları Azərbaycan Respublikasının Əməkdar artisti Samirə Aşumova, Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadə, Ülviyyə Əliyeva müşayiət etmişlər.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, BMA-nın müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV nümayəndələri və başqaları olmuşlar. .







xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.