az | ru | en

04 avqust 2014
Tanınmış orqan ifaçısı, musiqi ifaçılığı sənəti doktoru adı qazanmış ilk azərbaycanlı Cəmilə Cavadova-Spitsberq ilə görüş


4 avqust 2014-cü il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində tanınmış orqan ifaçısı, musiqi ifaçılığı sənəti doktoru adı qazanmış ilk azərbaycanlı Cəmilə Cavadova-Spitsberq ilə görüş keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Görüşdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova iştirak etmişdir. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Cəmilə Cavadovanın keçdiyi yaradıcılıq yolu haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur.
Daha sonra Musiqi ifaçılığı sənəti doktoru adı almış ilk azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq çıxış etmiş, öz yaradıcılıq planlarını tamaşaçılarla bölüşmüş, tamaşaçıların suallarına cavab vermişdir. Tədbirdə Cəmilə Cavadovanın iştirak etdiyi konsertlərdən video fraqmentlər nümayiş olunmuşdur.
Muzeyin foyesində Cəmilə Cavadovanın yaradıcılığını əks etdirən foto-sərgi tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları klubunun üzvləri, KİV nümayəndələri və başqaları olmuşlar.







xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.