az | ru | en

24 aprel 2014
Vilyam Sekspirin 450 illiyi



24 aprel 2014-cü il tarixində, saat 15:00-da Qərb Universiteti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə dahi ingilis şairi və dramaturqu anadan olmasının Vilyam Şekspirin 450-illiyinə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirin təşkilatçısı və bədii rəhbəri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Qərb Universitetinin ingilis filologiyası kafedrasının müdiri Alla Bayramova olmuşdur.
Tədbirin açılışı Qara Qarayevin "IV Henri" dramına yazdığı musiqi sədaları altında olmuşdur. Sonra Qərb Universitetinin tələbələrinin ifasında V. Şeksprin sonetləri və pyeslərindən fraqmentlər teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim olunmuşdur. Tədbirdə Beynəlxalq Müsabiqələr laureatı Aleksandra Vıdrya iştirak etmişdir.
Tədbirin qonaqları Britaniya Şurasının Azərbaycandakı Konsulluğunun direktoru Elizabet Vayt, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova, Qərb Universitetinin rektoru,dosent Zemfira Məmmədova, universitetinin professor, müəllim və tələbə heyəti, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları olmuşlar.






Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.