az | ru | en

22 aprel 2014
Görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacibəyovun anadan olmasinin 130 illiyinə həsr olunmuş tədbir



22 aprel 2014-cü il tarixində saat 15:00-da Niyazinin mənzil muzeyində görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov açmışdır.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin materiallarından ibarət slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Elnur Zeynalov və Vüsalə Musayevanın, Bakı Musiqi Akademiyasının tələbələrinin, R.Hacıyev adına 15 nömrəli musiqi məktəbinin şagirdlərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Muzeyin foyesində Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən və muzeyin fondunda mühafizə olunan materiallardan ibarət sərgi nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları,
KİV-nin nümayəndələri və b. olmuşlar.






xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.