az | ru | en

16 aprel 2014
Qərbi Avropa, Azərbaycan və Ukrayna skripka musiqisi konserti


16 aprel 2014-cü il tarixində saat 19:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində Qərbi Avropa, Azərbaycan və Ukrayna skripka musiqisi konserti kemirilmişdir. Muzeyin şöbə müdiri Xanım Abdinova tamaşaçıları salamladıqdan sonra Beynəlxalq müsabiqələr laureatı Aleksandra Vıdrya Qərbi Avropa, Azərbaycan və Ukrayna bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə çıxış etmişdir. Görüşdə A.Vıdrya konsert iştirakçılarına Ukrayna milli geyimi və ənənələri haqqında söhbət açmış, şeir ifa etmiş, tamaşaçıların suallarına cavab vermişdir. Konsertin musiqi nömrələrini Bakı Musiqi Akademiyasının konsertmeysteri Gülnarə Teymurzadə müşayiət etmişdir. Tədbirin qonaqları musiqi ictimaiyyəti, Ukrayna Cəmiyyətinin nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və b. olmuşlar.





xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.