az | ru | en

25 fevral 2014
Xocalısız 22 il


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğunun "İçərişəhər" Tarixi Muzeyi, Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbi ilə birgə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Tədbir 25 fevral 2014-cü il tarixində saat 15:00-da muzeyin filialı olan Niyazinin mənzil muzeyində kecirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov açmışdır. Sonra M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin direktoru Gülşən Quliyeva çıxış etmişdir. Tədbirdə "İçərişəhər" Tarixi muzeyinin direktor müavini Gülnar Əliyeva "Xocalısız 22 il" mövzusunda məruzə etmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova "Xocalı faciəsi bəstəkarların yaradıcılığında" mövzusunda danışmışdır. Çıxışlar Xocalı soyqırımını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. "İçərişəhər" Tarixi muzeyinin hazırladığı Xocalı faciəsini əks etdirən səyyar sərgi nümayiş edilmişdir. Tədbir M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin və 6 saylı litsey məktəbinin şagirdlərinin çıxışları ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, musiqi məktəbinin müəllim və şagirdləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.






Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi


T T


UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.