az | ru | en

21 fevral 2014
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın musiqi sənəti və musiqiçiləri” adlı tədbir


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir. Giriş sözü ilə tədbirin aparıcısı Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova çıxış etmişdir. Sonra söz Azərbaycan Bəstəkalar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz xanım Əlizadəyə verilmişdir. AMEA-nın Vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli çıxış etmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının (Bədii rəhbər və konsertmeyster - Azərbaycan Respublikasının Əməkdar artisti Munis Şərifov) solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova, Beynəlxalq Muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Fidan Hacıyeva, Maya Sadıqzadə, Lalə Məmmədova, Xalq artisti Samir Cəfərovun ifalarında konsert proqramı təqdim olunmuşdur.






xəbərlərə
T T


UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.