az | ru | en

6 fevral 2014
Azərbaycanda violonçel sənətinə həsr olunmuş tədbir


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi ilə birgə Azərbaycanda violonçel sənətinə həsr olunmuş tədbir keçirmişdir.
Muzeyin foyesində M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyinin hazırladığı Rusiya violonşel sənətinə həsr olunmuş foto sərgi nümayiş olunmuşdur.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Valentin Denisov, Əməkdar incəsənət xadimi, kamança ifaçısı Arif Əsədullayev çıxış etdilər. Muzeyin şöbə müdiri Xanım Abdinova “Azərbaycanda violonçel sənəti” mövzusunda danışdı.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, violonçel ifaçısı Eldar İsgəndərov tərtibçisi və müəllifi olduğu “İki violonçel üçün”not məcmuəsini təqdim etmişdir.
Tədbir violonçel ifaçıları Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Əliyev, Qara Qarayev adına Dövlət Kamera orkestrinin solisti Təhminə Xuduzadə, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Lalə Mürşüdlü, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdləri Nigar Məmmədova və Orxan Hüseynovun çıxışlarından ibarət konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və professorları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları KİV –nin nümayəndələri və başqaları olmuşlar.






xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.