az | ru | en

5 fevral 2014
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Klassik Musiqi Həvəskarları Klubunda görkəmli azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan və SSRİ Dövlət Mükafatları Laureatı, Azərbaycan Elmlər Akademiyasının Akademiki Qara Qarayevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir


Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. O, bu yaxınlarda Qara Qarayev irsini tədqiq edərkən Moskva şəhərindəki Teatrlarda (M.N.Yermalov adına, Mossovet adına, Y.V.Vaxtanqov adına Akademik Dövlət Dram, SSRİ Dövlət Akademik Malı Teatrlarında) səhnəyə qoyulmuş tamaşalara Qara Qarayevin yazdığı musiqinin not yazılarının surətlərini, proqramlarını, həmçinin fotoşəkillərinin surətlərini təqdim etmişdir. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdır. Muzeyin şöbə müdiri Xanım Abdinova Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, bəstəkar Elnarə Dadaşova iştirak etmişlər.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Niyazi Mənzil Muzeyinin foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna yeni daxil olmuş materiallardan ibarət sərgi nümayiş olunmuşdır.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagirdləri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV–nin nümayəndələri və başqaları olunmuşlar.
Konserin proqramı
Prelüd N23
İfa edir: VIII sinif şagirdi, Beynəlxalq müşabiqə diplomantı Əliyeva Fatimə (fortepiano)
Fırfıra
İfa edir: VII sinif şagirdi Məlikli Orxan (kamança)
“Don Kixot” simfonik qravürlərindən “Aldonsa”
İfa edir: VIII sinif şagirdi Peçkurov İzzət (violin)
“İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi”
İfa edir: VIII sinif şagirdi, Respublika müşabiqəsi laureatı Bağırzadə Səid (klarnet)
“Yeddi gözəl” baletindən Ayişənin rəqsi
İfa edir: IX sinif şagirdi, Prezident təqaüdçüsü İsmayılov Atabəy (tar)
“Yeddi gözəl” baletindən Adajio
İfa edir: Respublika müşabiqəsi laureatı Alxazova Zərifə (violin)
“İldırımlı yollarla” baletindən Vals
İfa edir: Həsənli Nuridə (kamança)
Sonatina II-III h
İfa edir: İbrahimli Aytac
“Yeddi gözəl” baletindən Gözəllər gözəlinin rəqsi
İfa edir: X sinif şagirdi, Beynəlxalq müşabiqə laureatı İbrahimova Aytən (violin)
“İldırımlı yollarla” baletindən Ehtiraslı rəqs
İfa edirlər: V sinif şagirdi Rüstəmbəyli Cavanşir, IX sinif şagirdi İsmayilov Atabəy (tar)






Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.