az | ru | en

27 yanvar 2014
Şəfiqə Axundova – 90


27 yanvar 2014–cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Şəfiqə Axundovanın həyat və yaradıcılığı haqqında danışmışdır. Onun çıxışı muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdır. Tədbirdə xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor, Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış etmişlər.
Tədbirin bədii hissəsində bəstəkarın mahnıları muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova (Bədii rəhbər: Azərbaycan Respublikasının Əməkdar artisti Munis Şərifov), Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov, Azərbaycan Dövlət Televiziyasının solistləri, IV Televiziya Muğam Müsabiqəsinin laureatları və iştirakçısı Sərxan Bünyadzadə, Ramiq Bayramov, Gülnar Qüdrətli, Ayşən Mehdiyevanın (Müşayiət edirdi: Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı. Bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Adil Bağırov) ifalarında təqdim edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Konsertin proqramı

“Nədən oldu”. Sözləri Bəxtiyar Vahabzadənindir.
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova.
“Bu torpağa bağlıyam”. Sözləri Bəxtiyar Vahabzadənindir.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Ramil Qasımov.
“Həsrətindən”.
İfa edir: Azərbaycan, Respublikasının Xalq artisti, tarzən Ramiz Quliyev Müşayiət edir : Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı, Bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Adil Bağırov.
”Nədən oldu”. Sözləri Bəxtiyar Vahabzadənindir.
İfa edir: IV Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Ayşən Mehdiyeva.
“Neyçin gəlməz”. Sözləri Xurşidbanu Natəvanındır.
İfa edir: IV Televiziya Muğam Müsabiqəsinin laureatı Ramiq Bayramov.
“İlhamını alar aşiq”. Sözləri Rüxsarə İbadovanındır.
İfa edir: IV Televiziya Muğam Müsabiqəsinin laureatı Sərxan Bünyadzadə.
”Gözlərimin işığı sənsən”. Sözləri Gülər Əliyevanındır.
İfa edir: IV Televiziya Muğam Müsabiqəsinin laureatı Gülnar Qüdrətli.







xəbərlərə



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.