az | ru | en

4 dekabr 2013
CUZEPPE VERDİ - 200


4 dekabr 2013-cü il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun Niyazinin mənzil muzeyində keçirilmiş növbəti tədbiri dahi italyan bəstəkarı Cuzeppe Verdinin 200 illik yubileyinə həsr olunmuşdur.Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açmışdır. Sonra söz Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas, sənətşünaslıq namizədi Kəmalə Ələsgərliyə verilmişdir. Onun çıxışı Cuzeppe Verdinin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.Tədbirdə Azərbaycan Opera və Balet teatrının solistləri, Əməkdar Artist Gülnaz İsmayılova, Tural Ağasiyev, BMA-nın IV kurs tələbələri Dilarə Əliyeva, Aydan Quliyevanın ifalarında bəstəkarın “Trubadur”, “Traviata”, “Riqoletto”, “Siciliyada axşam ibadəti”, “Taleyin gücü” operalarından partiyalar səslənmiş, “Aida” operasından videogörüntü nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, BMA-nın müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Tədbirin konsert proqrami


“Trubadur” operasından Qraf de Lunanın ariyası
İfa edir: Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Tural Ağasiyev. Müşayiət edir: Nərminə Nağıyeva (fortepiano)

“Traviata” operasından Violettanın ariyası
İfa edir: Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, Azərbaycanın Əməkdar artisti Gülnaz İsmayılova. Müşayiət edir: Bülbül ad. orta-ixtisas məktəbinin X sinif şagirdi Vurğun Vəkilov (fortepiano)

“Siciliyada axşam ibadəti” operasından Yelenanın bolerosu
İfa edir: BMA-nın IV kurs tələbəsi Dilarə Əliyeva. Müşayiət edir: BMA-nın konsertmeysteri Elmira Süleymanova (fortepiano)

“Riqoletto” operasından Cildanın ariyası
İfa edir: Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, Azərbaycanın Əməkdar artisti Gülnaz İsmayılova. Müşayiət edir: Bülbül ad. orta-ixtisas məktəbinin IX sinif şagirdi Fatimə Əliyeva (fortepiano)

“Taleyin gücü” operasından Leonoranın ariyası
İfa edir: BMA-nın IV kurs tələbəsi AydanQuliyeva Müşayiət edir: BMA-nın konsertmeysteri Ülviyyə Əliyeva (fortepiano)





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.