az | ru | en

15 noyabr 2013
Məcnun Kərimin xatırəsinə


15 noyabr 2013-cü il tarixində, saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri Azərbaycan Respublikasının xalq artisti, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözu ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra söz tədbirin aparıcısı muzeyin filial müdiri Təranə Zeynalovaya verilmişdir. Onun çıxışı Məcnun Kərimin fəaliyyətini əks etdirən slayd-şou, video görüntulər ilə müşayiət olunmuşdur.
Tədbirdə Azərbaycan Milli Elimlər Akademiyasının Müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar İncəsənət xadimi və Əməkdar elm xadimi Zemfira xanım Səfərova, Bakı Musiqi Akademıyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Gulnaz Abdullazadə, musiqişünas alim, sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva, sənətşunaslıq namizədi Fəttah Xalıqzadə, fizika-riyaziyyat elmləri namizədi Şamil Hacıyev, əməkdar artist, Milli Konservatoriyanın dosenti, Qədim Musiqi Alətləri ansamblının konsertmeystri Munis Şərifov və başqaları çıxış etmişlər.
Tədbirdə Qədim Musiqi Alətləri Ansamblının və əməkdar artist Teyyub Aslanovun ifası təqdim olunmuşdur.
Tədbirin proqramı

Əbdül Qadir Marağayi “Naxış-bəstə ”
İfa edir: Qədim Musiqi Alətləri Ansamblı. Bədii rəhbər Məcnun Kərim, konsertmeyster Munis Şərifov
Xalq mahnısı “Başına dolanım”
İfa edir: Azərbaycan Respublikasının Əməkdar artist Teyyub Aslanov
Bayatı- Şiraz rəngi
İfa edir: Qədim Musiqi Alətləri Ansamblı
Xalq mahnısı “Gəl bizə yar”
İfa edir: Əməkdar artist Teyyub Aslanov
Bayatı- Şiraz rəngi
İfa edir: Qədim Musiqi Alətləri Ansamblı





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.