az | ru | en

6 noyabr 2013
Görkəmli bəstəkar, “Şöhrət və “Şərəf “ ordenli, xalq artisti, professor Musa Mirzəyevin 80 illiyinə həsr olunmuş tədbir


6 noyabr 2013-cü il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, professor Musa Mirzəyevin 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxmışdır. Musa Mirzəyevin həyat və yaradıcılığı haqqında musiqişünas, sənətşünaslıq doktoru, professor, “Musa Mirzəyev” (Bakı-2008) monoqrafiyasının müəllifi Şəhla Həsənova ətraflı danışmışdır. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirdə Musa Mirzəyevin əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Konsertinin proqramı

Romantik trio
İfa edir: Azərbaycan Dövlət Fortepiano Triosu Azərbaycan Respublikasının Əməkdar artisti Töhfə Babayeva (skripka ) Səbinə İbrahimova (violonçel), Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyarova (fortepiano)

“Pitsikato”
“Adajio”
“Vals-Skertso”
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Ümidə Abasova (skripka). Müşayiət edir: Müəllif

“Persidskie motivı” (İran motivləri)
Şaqane tı moya, Şaqane
Tı Skazala, çto Saadi (Sözləri S. Yesenindir)
İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova Müşayiət edir: Müəllif

Fortepiano üçün “Gənclik albomu"ndan lirik pyes Skertso. Konsert rondosu
İfa edir: Müəllif

Tələbələr valsı “Yeni il gəldi” (Sözləri Y. Həsənbəyindir)
İfa edir: C. Cahangirov adına Azərbaycan Dövlət Televiziyası xorunun solisti Nəzakət Əliyeva Müşayiət edir: Müəllif

“Yeni il mahnısı” (Sözləri H. Ziyanındır)
Müşayiət edir: Müəllif





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.