az | ru | en

1 oktyabr 2013
1 oktyabr – Beynəlxalq Musiqi Günüdür


1 oktyabr YUNESKO nəzdində Beynəlxalq Musiqi Şurasının (IMC) təşəbbüsü ilə dünyada Beynəlxalq Musiqi Günü kimi qeyd edilir.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Sizi təbrik edir və bu gündən “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xəzinəsindən...” adlı yeni rubrikanı təqdim edir. Bu rubrikada hər həftə muzeyin zəngin kolleksiyalarından eksponatlar təqdim ediləcək.

Broşüra “Tofiq Quliyev”. Müəllif: Lidiya Məlikova. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı 1965.

Tofiq Quliyevin yazısı ilə:
“Doğma Azərbaycanın musiqi mədəniyyəti muzeyinin yaranması təkcə böyük əhəmiyyətli hadisə deyil, biz bəstəkarlar üçün çox sevindirici hadisədir. Axır ki, bizim xalqın musiqi tarixinin yaradılması üçün tədricən materiallar toplanacaq ocağı var. Mən, bizim evimiz olacaq doğma muzeyi ürəkdən alqışlayıram”. 14.10.69.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.