az | ru | en

23 sentyabr 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı çərçivəsində vokal musiqisi konserti


Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı Şanə Vəlizadəyə verilmişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının məzunu Cəlal Kərimov, tələbələr Dilarə Əliyeva, Məhərrəm Hüseynlinin (müşayiət edən - Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadə) ifalarında vokal musiqisindən ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri olmuşlar.

Konsertinin proqramı

Volfqanq Amadey Motsart. “Don Juan” operasından Leporellonun ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Məhərrəm Hüseynli (bariton). Müşayiət edir: Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadə (fortepiano)
Volfqanq Amadey Motsart. “Fiqaronun toyu” operasından Susannanın ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Dilarə Əliyeva (soprano)
Volfqanq Amadeu Motsart. “Fiqaronun toyu” Almaviva və Susannanın dueti.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Əliyeva və Məhərrəm Hüseynli
Qaetano Donisetti. “Don Paskuale”operasından Don Paskualenin ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Məhərrəm Hüseynli
Qaetano Donisetti. “Don Paskuale”operasından Norinanın ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Dilarə Əliyeva
Vinçenso Bellini. “Somnambula” operasından Rodolfonun ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Məhərrəm Hüseyinli
Vinçenso Bellini. İki romans.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Dilarə Əiyeva
Falvo. “Neapolitan” mahnısı.
İfa edir: Bakı Musiqi Akademiyasının məzunu Cəlal Kərimov (bariton)
Kurtis. “Neapolitan” mahnısı.
İfa edir: Cəlal Kərimov
Ferens Leqar. “Şən dul qadın” operettasından “Danilo və Annanın“ dueti.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbələri Məhərrəm Hüseynli və Dilarə Əliyeva





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.